Monthly Archives: Sentyabr 2010

Yazı 12: Eyfel qülləsini necə alıb satdılar

Standard

Viktor Lüstiq haqda bir-iki söz

Viktor Lüstiq

Viktor Lüstiq

Bizə məlum zəngin adamların əksəriyyəti öz kapitallarını halal və gərgin əməyi nəticəsində əldə ediblər. Bir-iki söz pullarını başqalarının sadəlik və asan inaması ilə qazananlara, başqa sözlə fırıldaqçılardan danışmaq istərdik.
Belə fırıldaqçılardan biri də Viktor Lüstiq olmuşdur. Onu tarixdə olmuş ən məşhur fırıldaqçılardan biri hesab edirlər. Lüstiq 1890-cu ildə Çexiyada orta təbəqəyə aid bir ailədə doğulmuşdur. Onun avantüristik meylləri hələ uşaqlıq yaşlarında üzə çıxmışdılar. 19 yaşında ikən Viktor artıq nişanlısı olan bir qıza həddən artıq diqqət göstərdiyi üçün sifətində çapıq qazanmışdır. O, cəmiyyətin ali təbəqələrinə yaxın olmaq üçün yaxşı bilyard, poker və bric oynamağı öyrənmişdir.

Birinci dünya müharibəsinə qədər Lüstiqin “ixtisaslaşması” adətə transatlantik kruizlərdə təşkil etdiyi fırıldaqçı lotereyalar olmuşdur. 1920-ci illərdə o ABŞ-a köçərək özünü müharibə zamanı müflis olmuş avstiyalı qraf fon Lüstiq kimi təqdim etmişdir. Onun alicənab hərəkətləri, 5 dildə sərbəst danışması və özünün parlaq “karyerasının” müxtəlif illərində istifadə etdiyi 45 təxəllüsü təkcə Amerikada ona bank və fərdi şəxsləri on minlərlə dollar məbləğinə aldatmağa imkan verdi. Həmçinin uzun müddət Lüstiq Amerikada xəzinədarlığın hesablaşma sənədlərinin saxtalaşdırılması ilə məşğul olmuşdur.

Müxtəlif növ fırıldaqların keçirilməsi üçün onun fantaziyası, elə uğursuzluğu kimi qeyri məhdud idi: tək ABŞ-da onu 50 dəfə həbs etmişdilər, düzdür, hər dəfəsində sübutların çatışmamazlığı üzündən azadlığa buraxmışdırlar.

Read the rest of this entry

Yazı 11: Gözəl dövrün sonunda uşaq əyləncələri. Luna-Park, Paris, 1910-cu il

Standard

Bu şəkillər əsində çox unikaldırlar və Paris əyləncə və attraksion parkında 1910-cu ilin yay günlərinin birində çəkiliblər.

Hələ Birinci dünya müharibəsinin iyi də gəlmirdi, cəmi 10 il əvvəl bütün dünua yeni əsrin gəlişini qeyd etmişdir. Bu insanlara baxarkən bəzən düşünürsən ki, bu uşaqlar da böyüyüb, qocalıb, ölüb. Amma digər tərəfdən də hər şey elə qəmli də deyil: onlar böyüyüb və sevib, böyüyüb və ailə sahibi olublar, böyüyüb özləri də uşaq böyüdüblər.  Onların da öz uşaqları olub… və s., ta bu günümüzə qədər. Və bu köhnə fotolardakı uşaqların sifətləri ölümdən deyil, əksinə, həyatdan xəbər verir – çünki onların varisləri bu gün də sağdırlar, aramızda yaşayırlar (yəni ki, kiminsə Əhmədlidə və ya Yasamalda yaşamasına şans az olsa da, Paris bir Bakı sakini üçün Gəncədən daha yaxındır – Eynşteynsayağı: zaman məkanı əvəz edib) – odur ki, qəmin heç yeri yoxdur. Həyat onsuz da ölümdən güclüdür. İş həftəsindən sonra isə gözəl həftəsonları (heh, sabah doğrudan da şənbədir). İstirahət günləri Luna-Parka getmək olar, orda isə yellənçəklər, peşmək, kukla teatrı və buludlardan da hündürə dırmaşan seyr çarxı.

Bu fotolarda təsvir edilmişləri həqiqətdə necə olduğunu təsəvvür edin: rəngləri, şabalıdların iyini, karusellərin musiqisini, ağaclardakı yarpaqların şıxıltısı, uşaqların gülüşü… Sadəcə bir cəhd edin – əsl zaman maşınıdır.

Böyük karusel

Böyük karusel

  Read the rest of this entry

Yazı 10: Vizit kartları üçün modern üslubda sinilər

Standard

Bəzən düşünürəm ki, XXI əsrdə yaşadığmızdan gündəlik həyatımızda o qədər şeydən istifadə edirik ki, adamın başı çaşır. Amma əslində bəzi “lazımsız” əşylar, başqa “lazımsız” əşyaları əvəz edir həyatımızda. Belə, təyinatı, daha doğrusu əhəmiyyəti mənim üçün sirli qalan əşyalardan biri də vizit kartları üçün sinilərdir (bu söz, poliqlot proqranında ruscadan “поднос” sözünün tərcüməsidir). Amma bu sinilərin modern üslubda hazırlanması və incə gözəlliyə malik olması da kolleksiyamızda yer almalarına əsas verdi.

Vizit kartları üçün sini

Vizit kartları üçün sini

Yazı 8: Modern üslübünda plakatlar (Rusiya)

Standard

Plakatlar – nisbətən ucuz reklam vasitəsitəsi olmaqla yanaşı ondan əldə edilə biləcək fayda onun hazırlanması xərclərincdən xeyli üstələyir. Məhz buna görə də yadda qalan, dizaynı və poliqrafiyasının keyfiyyəti ilə seçilən plakat hələ uzun müddət reklam bazarında öz aparıcı mövqelərini saxlamağa qadirdir. Reklam işində plakatlar uzun illərdir ki, istifadə olunur və onun tarixi hələ Qədim Roma və Misirdən başlasa da, onun rəsmi doğum tarixi 1482-ci il hesab olunur. Həmin ildə Bartold adlı bir kitab taciri potensial alıcıların diqqətini “Yevklid Həndəsəsinin” yeni nəşrinə cəlb etmək üçün plakatdan istifadə etmişdir. 1477-ci ildə ingilis Uilyam Kekstonun nəşriyyatında ilk çap plakatı hazırlanmışdır.

Müasir plakatın ilkin variantları kimi qraffitiqravüranı qeyd etmək olar. Qraffiti – antik evlərin divarları üzərində cızılmış və ya boya ilə yazılmış reklam xarakterli mətn və şəkillər idi. Məsələn, Pompeya şəhərində evlərdən birinin üzərində belə bir yazı bu günüməzədək qalmışdır: “Yolçu, burdan on ikinci qülləyəcən get. Orda Sarinusun şərabxanası var. Ora bir dəy. Görüşənədk!”. Qravüra, əsasında çap duran ksiloqrafiya üsulu ilə hazırlanırdı. Vahid taxta parçasından monolit çap forması hazırlanırdı, daha sonra ondan da 2000-əcən əks çap olunurdu.

Yalnız 1866-cı ildə fransız Jül Şere plakat hazırlanmasının bu gün də fəaliyyət göstərən ilk prinsiplərini müəyyən etdi: şəklin çəlbəediciliyi və mətnin qısalığı. Məhz belə təqdim edilmiş informasiya ilk nəzərdən diqqəti cəlb edilir və qəbul edilir.

Ümumiyyətlə XIX əsrin ikinci yarısı plakat sənətinin böyük inkişafı dövrüdür. Bu zaman avropa ölkələrində bir “plakatı partlayışı” baş verdi, burada da onun liderləri fransız qrafika və rəssamlıq məktəbi olmuşdur. Həmin dövrdə istehsal olunmuş reklam plakatları əsl eksklüzivdir. Bu da təsadüfi deyil, plakatların müəllifləri arasında A.Tuluz-Lotrek, T.Steynleyn və digər rəssamlar olmuşdur.

Rusiyada plakat sənəti “Gümüş əsrdə” (XIX əsrin sonu – XX əsrin əvvəli) xüsusilə gur inkişaf etmişdir. “Sənət aləmi” adlı yaradıcı ittifaqın rəsamları tərəfindən əsl incəsənət nümunələri adlandırıla biləcək modern üslubundna plakatlar hazırlanmışdır. İncə qrafika, rəng keçidləri və xətlərin möcüzəvi əyriliyi – M. Vrubel, L. Bakst, K. Somov, İ. Bilibin, Y.Lanserenin işərini məhz belə xarakterizə etmək olar.    

Şirniyyat buxar fabriki

Şirniyyat buxar fabriki. D. Kromski Ticarət evi, Xarkov, 1900-cu illər

Read the rest of this entry

Yazı 7: Tiffanidən vitrajlar

Standard
Tiffany & Co.  — zərgərlik şirkətinin əsası 1837-ci ildə Çarlz Lyuis Tiffani (Charles Lewis Tiffany) və Con F. Yanq (John F. Young) tərəfindən qoyulmuşdur. İlk mağaza Manhettendə “Tiffany, Young and Ellis” adı altında açılmışdır, lakin 1853-cü ildə, Çarlz Tifani şirkətə təkbaşına rəhbərliyi ələ keçirdikdən sonra adını dəyişdirmişdir. O zamandan “Tiffany & Co.” mağazaları dünyanın bir çox ölkələrində açılmışdılar. Şirkətin korporativ stilində istifadə olunan məxsusi mavi rəng qeydiyyata alınmış əmtəə nişanıdır.

Yuxarıdakıları şirkət haqqında ümumi təsəvvürünüz olsun deyə verdim, şirkətin tarixinə və əsasını qoyanlara hələ qayıdacıq, bu gün isə Tiffanidən vitrajlar günün mövzusudur.

Tiffani. Vitraj pəncərə 1
Tiffani. Vitraj pəncərə 1

Read the rest of this entry