Yazı 2. Modern nədir

Standard
Alfons Muxanın şəkillərindən bir cəm

Alfons Muxanın şəkillərindən bir cəm

Nəzəriyyəsi: modern nədir, tərifi, xronologiyası, cərəyanları, adları

Modern (fansızcadan, “moderne” – yeni, müasir) – XIX sonu – XX əsrin əvvəllərində incəsənətdə geniş yayılmış və əsas məzmunu rəssamların öz sənətlərini XIX əsrin ikinci yarısı incəsənətinin tarixilik və ekletizminə qarşı qoymaq meylləri olan uslubun adıdır – adı da elə burdan yaranıb.
Buna görə də “modern” anlayışını “müasir” və ya “müasir incəsənət” sözlərinin ümumi mənasından, həmçnin də XX əsr incəsənətində ən avanqardist, eksperimental və formalistik cərəyanları bildirən “modernizm” sözündən fərqləndirmək lazımdır.

Modern incəsənətinin xronoloji çərçivələri çox dardırlar və təxminən 1886-1914-cü illər arasında olan otuz illik dövrü əhatə edirlər. Lakin Modern hər hansı bir tək üslub deyil, o, bəlkə də, İtibah dövründən də az əhəmiyyət daşımayan dövrü təşkil edən müxtəlif uslub və cərəyanların cəmidir. XIX əsrin sonu XX əsrlərin astanası hələ antik dövrdən başlamış Avropa mədəniyyətinin inkişafının mühüm mərhələsinin bitməsi əhəmiyyətinə malik idi.
Modern – bir növ Qotika dövrünə bənzəyərək nağıl, əfsanə, illüziyalar aləmidir. Həqiqətən də Neoqotika Modernin əsas üslubi cərəyanlarından biri olmuşdur. Modernin idealları XIX əsrin sonu – XX əsrin əvvəlinə təsadüf edən mürəkkəb keçid dövründə realizə oluna bilmədi. Onlar yalnızca onun müxtəlif cərəyanlarında müxtəlif cür öz əksini tapdılar. Bu cərəyanlar təkcə müxtəlifliyi ilə seçilmirdi, hətta bəzən biri-birini istisna edən, ziddiyyətli olmuşdurlar. Lakin bütün bunlara baxmayaraq bir-birilərinə orqanik olaraq qovuşurlar: ornamental və konstruktiv, floreal və həndəsi, novator və retrospektiv, neoklassik və neoqotika, industrial və kustar…

Modern incəsənitinin əsas cərəyanları arasında adətən aşağıdakıları fərqləndirirlər:
– Floreal, və ya “art nuvo”
– Neoromantik (milli-romantik)
– Rasional, və ya həndəsi
– Neoplastisizm, və ya orqanik memarlıq
– Neoklassisizm

Modern incəsənətinin bütün cərəyanlarını ümumi bir dünyagörüşü birləşdirir – “fin de siecle” – “əsrin sonu”. Bu, bir tərəfdən çaşqınlıq, mənəvi yorğunluq, idealların böhranı, skeptisizm və özünəironiya, digər tərəfdən isə yaradıcı həyatın bütün sahələrində yeni böyük bir üslubun həqiqi axtarışları, elitar və kütləvi incəsənət arasında sərhədlərin silinməsi ilə fərqlənirdi.
Bu, ikili nəticələrə səbəb olurdu: meşşan zövqlərinin yayılmasına, hətta böyük rəssamların da yaradıcılığında böyük həddə əxlaqsızlığa, incə simvolizm və mistikaya, geniş incəsənət istehlakçı kütlələrinə əlçatan olmuş təsviri vasitələrin incəliyinə. Bütün bunlar çox möcüzəli şəkildə Moderndə birləşdi və ümumilikdə qeyri-adi, qəribə, fantastik təzahürlərə meyldə ifadə olundu.

Tez bir zamanda bütün dünyanı əhatə etmiş yeni cərəyan demək olar ki, eyni bir vaxtda – XIX sərin 80-ci illərində İngiltərə, Almaniya, Rusiya, Avstriya, İtaliya, Fransa, Belçika, İspaniya, Çexiya, ABŞ-da başladı.
Müxtəlif ölkələrdə o müxtəlif adlar aldı:
Rusiyada – “modern”
Almaniya, İsveç, Finlandiyada – “yugendstil”
Avstriyada – “sesession”
Fransa, Belçika, Hollandiya, İngiltərə, ABŞ-da – “art nuvo”
İtaliyada – “liberti”

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma