Monthly Archives: Mart 2012

Yazı 41: Qustav Klimt`in həyat və yaradıcılığına dair bir neçə mənbə

Standard

Bildiyiniz kimi 2012-ci ildə dahi modern üslübunda işləmiş Avstriya rəssamı Qustav Klimt`in anadan olmasının 150 illiyi qeyd olunur. Onun həyat və yaradıcılığına “Hakinski-bloq”da bir neçə dəfə nəzər salmışam. Bu gün isə nəzərinizə onun həyat və yaradıcılığına dair daha geniş məlumat əldə edə biləcəyiniz bir neçə mənbəyə dair məlumat vermək istəyirəm.

* linklər üzrə keçərək daha geniş məlumat əldə edə bilərsiniz

Konstanta Nyeto Yusta – “Qustav Klimt. Ruhun rəssamı” (Константа Ньето Юста – “Густав Климт. Живописец души”)

Read the rest of this entry

Yazı 40: Sarayevoda açılan bir atəşin əks-sədası

Standard

Uşaqlığımın ən sevimli romanlarından olan “Qoçaq əsgər Şevyk`in sərgüzəştləri” romanında Avstriya taxt-tacının varisi Frans Ferdinand`ın Sarayevo`dakı qətlindən sonra sözlərindəki sözlərindəki səhv və diqqətsizliyə görə həbs olunan şəxslərin kameradakı görüşü təsvir edilir. Onlardan biri kart oyunu zamanı “xaçlı” kralın ardınca “kərpic” yeddi atıb “7 güllə, lap Sarayevo`dakı kimi” ifadəsinə görə həbs olunur. Romanın qalanı çox daha gülməlidir. Amma bloqumun mövzusuna uyğun bunu ona görə xatırladım ki, Frans Ferdinand`ın qətli təkcə tarixdə I Dünya Müharibəsinin başlaması və rok-musiqidə eyniadlı rok-qrupa ad verməsi ilə deyil, həm də Gözəl dövrün bitməsi ilə əlamətdardır. Həm də ki, axı Sarayevo yalnız Travnik`dən sonra Bosniya`nın paytaxtı oldu 🙂

Qoçaq əsgər Şveyk

Qoçaq əsgər Şveyk

Read the rest of this entry

Yazı 39: Gözəl dövrün Berlini

Standard

Düzü, Berlindən heç olmamışam, amma olmaq istərdim. Heç də babalarımız kimi təntənəli şəkildə şəhərə tankdan girib Brandenburq darvazalarında al bayraq asmaq niyyətim də yoxdur, özümü şəhərə, tarixinə, mədəniyyətinə həbs etməyə gedəcəm.

Modern incəsənətinin hökm elədiyi dövrə Gözəl dövr (fransızca – Belle epoque) deyirlər. Heç də təsadüfi deyil – söhbət heç də incəsənətdə geniş istifadə edilən təbiət motivləri, incəliklə, ideallaşdırılan gözəlliklə bağlı deyil, həm də gələcəyə dair bir pozitivliklə əlaqəli idi. Görəsən çiçəklənmə və inkişaf dövrünü yaşayan milyonlarla avropalı qarşıdan gələn XX əsr dəhşətlərini görmürdülərmi?!

Bu gün bloqda Berlində 100 il əvvəl çəkilmiş şəkillər hökm edəcək. Hayıf ki, eyni yerləri müasir fotoları məndə yoxdur. Düşünürəm ki, çox da dəyişməyib – 1945-dən və 1989-dan sonra Berlin yenidən bərpa edilib. Həm də, ağ-qara fotoların öz cazibəliyi var.

Bütün şəkilləri daha geniş ölçüdə yeni pəncərədə açmaq olar. Həzz alın!

Read the rest of this entry

Yazı 36: Öz dəyərini itirməmiş istiqraz

Standard

Alfons Muxanın müəllifi olduğu bu istiqraza internetdə təsadüfən rast gəldim. İqtisadi dəyərindən başqa onun bir sənət əsəri kimi dəyərli olduğundan 100 il sonra da bu istiqraz bir sənət əsəri kimi gözlərimizi oxşayır və nominalından xeyli baha qiymətləndirilir.

İstiqraz

İstiqraz

Bu, 500 frank nominallı 5%li istiqrazdır. İstiqraz 15 noyabr 1903-cü ildə Paris-France S.A. univermağı tərəfindən buraxılıb. Paris-France S.A. univermağının əsası 1898-cu ildə Parisdə qoyulmuşdur və 1914-cü ilə onun 30 mln franklıq nizamnamə kapitalı və 78 filialı var idi.

Yazı 35: Modern dövrünə aid 99 ədəd ekslibris

Standard

Bu qədər şəkilə yalnız bir şərh ola bilər – carpe diem!

Bir neçə gün əvvəl ekslibrislərin nə olduğu haqqında yazmışdım, bu gün isə sizə 100 il əvvəl yaşamış adi kitab həvəskarlarının ekslibrislərini təqdim etmək istərdim.

Düzü, bu ekslibrislərə baxarkən məndə ziddiyyətli hisslər yaranır: bir tərəfdən onlar özləri də sənət əsərləridir, ikinci tərəfdən kitablara olan hörməti simvolizə edirlər, amma digər tərəfdən də onlar kitab üzərində mülkiyyəti bildirməklə sanki bilik üzərində də mülkiyyətə işarə edirlər. Sonuncu hal məni bir qədər məyus edir.

Read the rest of this entry