Yazı 51: Holmsun izi ilə. Birinci hissə

Standard

Yəgin əksəriyyət üçün çox gürultulu səslənir, amma SSRİ-də çəkilmiş “Şerlok Holms`un macəraları” bədii serialı dünyada ən çox ekranlaşdırılmış qəhrəmanın ən yaxşı obrazını yaratmışdır. Hətta Vasiliy Livanov bu roluna görə kraliçanın əlindən orden də almışdır.

Şerlok Holmsdoktor Vatson`un yaşadıqları və gəzdikləri yerləri görmək üçün heç də London`a getmək lazım deyil, bunun üçün bədii serialın əksər seriyalarının çəkildiyi Sankt-Peterburq`un çəkiliş məkanlarını ziyarət etmək kifayətdir.

“Lenfilm” kinostudiyası

Kamenoostrovski pr., ev 10

Məşhur xəfiyyənin mənzili və bir çox digər yerlər məhz burada çəkilmişdir.

Holms`un mənzili üçüncü pavilyonda qurulmuşdur. Burda artıq çoxdandır ki, heç nə çəkmirlər. Hal-hazırda burafa bir neçə kommersiya müəssisəsi fəaliyyət göstərir və buraya Kamenoostrovski prospekt tərəfdən daxil olmaq mümkündür.

“Qanlı yazı” filmi

– Sahibsiz ev, Drebberin qətli yeri –

Akademik Krılov küç, ev 4 (“Çornaya reçka” m/st), Knyaginya Y.P. Saltıkovanın bağ evi

Bağ evi kompleksi özündə əsas yaşayış evini, xidməti binaları və giriş darvazalarını ehtiva edir.  1837-43-cü illərdə tikilmişdir, memarları P.S. Sadovnikov, Q. Bosse. Hal-hazırda federal əhəmiyyətli abidədir.

Təəssüflər ki, bu evi indi tanımaq çox çətindir. 1990-96-cı illərdə bərpa işləri aparılsa da bina özü demək olar ki, dəyişilməsə də ətrafı xeyli dəyişmişdir. Evin düz yanında 1982-ci ildə “Çornaya reçka”  metro stansiyası açırlmışdır, darvazanın yanından intensiv hərəkətli magistral keçir, evin ətrafındakı park kəsilmiş, sakit yer isə qələbəlik və səs-küylü məkana çevrilmişdir.

Holms`un filmdə gölməçələr üzərindən atladığı yerlərdə indi gündə minlərlə adam keçir, darvazanın yanında, kebləri durduğu yerdən isə avtomobillər şütüyür.

Kebdən sağda metro stansiyasının tikilən pavilyonunun hasarı görünür. Hal-hazırda darvazanın altında yeraltı keçid yerləşir.

Bu epizodun ən maraqlı cəhəti odur ki, darvazalar hər zaman iç tərəfdən, ev tərəfdən çəkilmişdir. Bunu kölgələr üzrə yaxşı görmək, anlamaq olar.

“Şantaj kralı” filmi

– “Diogen” klubu –

Dvortsovaya sahil küçəsi, ev 26, REA-nın M.Qorki adına Alimlər evi

Əvvəllər II Aleksandr`ın oğlu, II Nikolay`ın əmisi Böyük knyaz Vladimir Aleksandroviç`in sarayı olmuşdur. Böyük knyaz İncəsənət akademiyasının prezidenti olmuşdur, 1884-cü ildə isə qvardiyanın və Peterburq hərbi dairəsninin komandanı olmuşdur. 1905-ci ilin 9 yanvarında dinc nümayişin gülləbaran edilməsi haqqında əmri məhz o vermişdir və bundan sonra vəzifəsindən kənarlaşdırılmışdır.

Saray istorizm və ekletika üslüblarında 1867-74-ci illərdə memar A. Rezanov tərəfindək tikilmişdir. Holms və Vatsonun qalxdıqları təntənəli pilləkan Maksimilian Mesmaxer tərəfindən qurulmuşdur.

1920-ci ildən bina, Maksim Qorki`nin sayəsində Leninqrad alimlərinə məxsus olmuşdur, məhz onların sayəsində də bu günədək çox yaxşı qalmışdır – interyerlərinin bəziyyətinə görə bu saray bütün Peterburq`da unikaldır.

– Milvertonun malikanəsinin qarşısındakı hasar –

Anqliyskiy pr., ev 8-10

Bizə filmdə əsasən yanında Vatson`un  gəzişdiyi hsarı göstərsələr də, hasar arxasında ev də var. Memar V. İoqansen, 1901-02-ci illər. Əvvəllər bu mülk holland təbəəsi, Niderland`ın Peterburq`da konsulu sahibkar Q.Q. Gilze fan der Pals`a məxsus idi. O, qaloş və digər rezin məhsulların isethsalı  və satışı ilə məşğul idi və daha sonra Rus-Amerikan manufaktura yoldaşlığının direktoru olmuşdur. Bu müəssisə sovet vaxtı “Qırmızı üçbucaq” adı ilə məşhur idi. O, həmçinin də Birinci Rusiya sığorta cəmiyyətinin direktoru, böyük incəsənət pərəstişkarı və mesenat olmuşdur.

1910-cu illərdə binada Niderland konsulluğu, daha sonralar, indiyəndək Leninqrad/Peterburq Hərbi komissarlığı. Bu binanı “XX əsr başlayır” seriyasında daha iki dəfə görünür – hasar arxasında daha sonra çəkilişlər aparılmış otaqların pəncərələri görünür.

Hasarın Vatson gəzişdiyi tərəfdə uşaq bağacası yerləşir  və  o oyun meydançası ilə bir yerdə hasarlandığından Vatson`un gəzişdiyi yolla birbaşa keçmək hal-hazırda mümkün deyil, həmçinin də hasarın düşməməsi üçün eyni rakursları da çəkmək qeyri-mümkündür.

Komissariatdan başqa hasarın arxasında digər maraqlı tikililər də vardır, amma onlar haqqında hər hansı məlumat əldə etmək mümkün olmamışdır, tək qüllədə göyərçin damının olduğu məlumdur.  Çox güman ki, bunlar böyük knyaz Aleksey Aleksandroviç`in sarayının xidməti tikililəridir, çünki tikililər digər tərəfdən həmən sarayın parkına bitişikdirlər.

– Milvertonun hasarı –

Anqliyskiy pr., ev 2-b, Moyka çayı`nın sahil küç. , ev 122

Bu yer öncəkinin iki addımlığında olsa da, filmədki kimi birbaşa görünmür. Bu, ikinci hasar rus donanmasının komandanı, III Aleksandr`ın qardaşı böyük knyaz Aleksey Aleksandroviç`in sarayının parkına bitişikdir.

Saray 1882-85-ci illərdə memar Maksimilian Mesmaxer tərəfindən tikilmişdir. Knyazın 1908-ci ildə ölümündən sonra varisləri sarayı alman səfirliyinə icarəyə verdilər. İnqilabdan sinra binada müxtəlif idarə və təşkilatlar yerləşirdir, müharibədən sonra pionerlər evinə, daha sonra “Leninqradorqstroy” trestinə, Musiqi evinə və REA-nın Rus ədəbiyyatı institutuna çevrilmişdir.

Sarayın özü ekletika şedevridir və orta əsrlər fransız qəsrini xatırladır. Şpilli günbəzlərlə tamamlanan silindrik qüllələr, Moyka tərəfdən iki dəbdəbəli giriş, bu günümüzədək yaxşı qalmış tökmə çuqun darvazalar. Sarayı əhatə edən nəhəng parkı böyük knyazın ölümündən sonra xeyli kiçiltdilər. Lakin sarayın Düma romanlarının ab-havalı ruhu bu günümüzədək qalıb. Böyük knyaz yazıçının böyük pərəstişkarı idi.

Binanın sonuncu icarədarı sarayı qəza vəziyyətinə salmışdır. 2006-2008-ci illərdə saray və park bərpa edilmişdir. 2008-ci ilin dekabrında sarayda yenidənqurma işləri aparılmışdır.

Sizin fikrinizcə hasarın o tərəfinə baxan Vatson nə görür? Milverton`un evini? Tam mənada elə deyil. Onun gördüyü bir neçə dəqiqə öncə keçdiyi uşaq bağçası və həyət idi. Uşaq bağçası tərəfdən kərpic hasar 2008-ci ildə sıvağlanmışdır, hasardakı dəliklər isə daha öncə bağlanmışdır.

İndi isə qatara minib Milverton`un evinə yollanırıq.

– Milverton`un evi –

Peterqof, Aleksandriya parkı, “Kottec” sarayı

Saray ingilis memarı Adam Menelas`ın layihəsi əsasında, ingilis şəhərkənarı ev şəklində 1826-1829-cu illərdə tikilmişdir. “Kottec” I Nikolay və onun həyat yoldaşı Aleksandra Fyodorovna`nın yay iqamətgahı idi.

İnqilabdan sonra saray tarixi-incəsənət muzeyinə çevrilmişdir. Muzeyin rəsm kolleksiyasında 200dən çox şəkil var, müəlliflər arasında Ayvazovski, Kiprenski, Şedrin, Vorobyov, XVII–XVIII əsr holland rəssamları Y. Porsellis, Bakgeyzen, Veliger, Qoyen və digərilərinin adlarını çəkmək olar.

Böyük Vətən Müharibəsi illərində Peterqof`un işğalı zamanı saray xeyli zədələnmişdir və bərpa işləri yalnız 1978-ci ildə, yəni ki, serialın çəkilişlərindən bir-iki il öncə tamamlanmışdır.

Amma heç bir kərpic hasar burda yoxdur, bütün bunlar uyduradır. Hasar olsa da, o metalikdir. Köhnə ağacların çoxusu da artıq yoxdur.

– Milverton`un oranjereyası –

Professor Popov küç., ev 2, Botanika bağı

Botanik bağ Aptekarski adasında yerləşir və Böyük Nevka, Karpovka sahil küçəsi, Aptekarski prospekti və Professor Popov küçələri arasındakı ərazini əhatə edir.  Burada hal-hazırda REA-nın V.L. Komarov adına Botanik bağı fəaliyyət göstərir.

Holmsun şüşəkəsən vasitəsilə açdığı məşhur qapı uzun Tropiklər marşrutunun (tropik bitkilər ümumi sahəsi 5300 kv m olan 13 oranjereyada yerləşirlər) ən sonundadır – burada ekskursiya rəhbərləri adətən ziyarətçiləri çıxışa doğru tələsdirirlər. İndi qapının tutacağı bir qədər fərqlidir.

Bundan sonra filmin qəhrəmanları Böyük palma oranjereyasına daxil olurlar – solda qalın bambuk gövdələri görünür.  XIX əsrin ikinci yarısında tikilmiş bu oranjereya inqilabdan əvvəl dünyada ən hündür sayılırdı – 23,5 m. Burada nəm tropik meşələrin bitkiləri əkilmişdir. Burada əsasən hündür ağaclar bitir: ançar, manqo, qırmızı ağac, nəhnəg bambuklar və s.

Bundan sonra Holms və Vatson Böyük palma oranjereyasına bitişik Su (viktoriya) oranjereyasının hovuzunun yanından keçirlər. Hal-hazırda həmən hovuzu tamamilə ot basıb, analoji şəkili etmək də mümkün deyil. Burada hər il Victoria amazonica çiçək açır və bar gətirir, nadir su bitkisi Barclaya longifolia yetişdirilir. Hovuzun ətrafında mavi, göy və qırmızı güllü tropik su zanbağları bitir. Elə burada da şanagüllə, papirus, düyü, şəkər qamışı, tropik lianalar, səhləblər (orxideyalar), həşərtalarla qidalanan bitkilər – nepenteslər bitir.

Oranjereyaların sonuncu hissəsi də yenə də Tropiklər marşutundandır. Vatsonun popuqay üzərinə dəsmalı burada salmaması və tennis ayaqqabısını burada bulaşdırması hələ dəqiq məlum deyil, çünki Böyük palma oranjerreyasının digər başında da pilləkanlı analoji yer vardır. Hələ məlum deyil ki, həmən oranjereyada cığırların yeri dəyişib ya çəkilişlər başqa oranjereyada aparılıb.

Popuqayın üzərinə dəsmal atmaq üçün Vatson qəşəng pilləkanla qalxır, sonra da Holmsun ardınca elə o pilləkanla da düşür.

– Beyker strit`in yol hissəsi –

Qəsr küçəsi

Bu yol ilə müxtəlif vaxtlarda markör, miss Morsten və dənizçi geyimində Holms özü keçmişdir.

Bu küçədə yalnız bir ev var – Mühəndis (başqa adı Mixail) qəsri. Yolla qəsr arasında qazonda bitən və budaqları kadra görünən ağaclar XXI əsrin əvvəlində, Peterburqun 300 illiyinin qeyd olunması zamanı kəsilmişdilər.

– Ledi Hakslinin evi –

Dvortsovaya sahil küç., ev 26, M. Qorki adına Alimlər Evi

Sahildəki eyni binadır, pəncərə arxasında Neva çayıBirja körpüsü görünür. Yeri gəlmişkən, bu yerdə Neva Temzanın istənilən yerindən ən azı 2-3 dəfə enlidir.

Advertisements

One response »

  1. Geri izləmə: Yazı 55: Holmsun izi ilə. Üçüncü hissə « Belle Époque haqqında bloq

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma