Yazı 52: Holmsun izi ilə. İkinci hissə

Standard
Yazının birinci hissəsi ilə buarada tanış ola bilərsiniz!

“ÖLÜMCÜL TOQQUŞMA”

– “Baqatel” klubu –

Kronverkskiy pr., ev 5, Kşesinskaya`nın mülkü

Kşesinskaya`nın mülkü

Kşesinskaya`nın mülkü

Binanın layihəsinin 1904-cü ildə A. Hohen işləyib hazırlamışdır. Mülk məşhur balerina Matilda Kşesinskaya`ya məxsus idi.

Fevral inqilabı zamanı binaya inqilabi qoşunlar doluşmuşdur, 1917-ci ilin martından isə burada Bolşeviklər partiyası`nın Mərkəzi və Petroqrad komitələri yerləşmişdir.

1917-ci ilin aprel-iyul aylarında mülkdə Bolşevik partiyasının Leninin iştirakı və rəhbərliyi altında bir neçə konfransı keçirilmişdir.

İyul ayında Lenin sonuncu dəfə mülkün eyvanından çıxış etmişdir, bundan sonra mülk Müvəqqəti hökümətə sadiq qoşunlar tərəfindən ələ keçirilmişdir, daxili otaqları darmadağın edilmişdir. 1930-cu illərin sonundan 1957-ci ilədək burada S.M. Kirov muzeyi yerləşmişdir, 1957-ci ildə isə bina İnqilab muzeyinə verilmişdir.

– Vatson evə qayıdır –

Kuybışev küç., ev 4, “Brant`ın mülkü”

Ev 1909-cu ildə memar R.F. Meltserin layihəsi əsasında iri meşə sənayeçisi baron V. Brant üçün tikilmişdir.

Brandt`ın mülkü

Brandt`ın mülkü

Vatson “Baqatel” klubundan evə qayıdır – bu yer əslində klubun, yəni ki, Kşesinskayanın mülkündən iki addımlıq məsafədədir. 1955-1957-ci illərdə hər iki vahid kompleksdə birləşdirilərilmişdir və burada hal-hazırda İnqilab muzeyinin bütün ekspozisiyaları yerləşir.yeri gəmişkən, Vatson həmən anda evlənəndən sonra köçəcəyi, özünün gələcək evinin pilləkanı qarşısından keçir.

– Holms damların üstü ilə qaçır –

Liqovski pr., ev 2-4, Ftiziopulmonologiya ETİ-si

Alman qotikası üslübunda kərpicdən tikilmiş bu bina 1870-1871-ci illərdə memarlar R.B. Bernqard və O.Q. Gippius tərəfindən tikilmişdir və 1902-1904-ci illərdə memar A.İ. Stünkel tərəfindən genişləndirilmişdir. 1873-cü ildə burada Yevangelik qadın xəstəxanası açılmışdır, 1922-ci ildən isə o Ağ ciyər vərəmi xəstələri üçün İxtisaslaşdırılmış xəstəxana kimi fəaliyyət göstərmişdir.

Budur, Holms Liqovskiy prospekti tərəfdən (sxemdə # 1) dama qalxır. Bu binada hal-hazırda xəstəxana morqu yerləşir.

Kosmosdan çəkilmiş bu şəkildə Holmsun ərazi üzrə hərəkətləri qeyd olunub. 1–4 – “Ölümcül toqquşma”, 5 – “Pələng ovu”.

Burada isə o, artıq qarşı tərəfdən “Oktyabrskiy” Böyük konsert zalı`nda kimi çıxış etdiyini görmək istəyir (# 2).

Moriarti`nin yoldaşları Holms`u heç də hasardan atladığı yerdə deyil, Nekrasov küçəsində gözləyirlər (# 3).

Lakin Holms asan yol axtarmır 🙂 Heç kimin onu gözləmədiyin görüb o hasar üzərindən yenidən dırmaşıb aşır (# 4).

Bu hasarın düz arxasında Nekrasov küçəsi, sonra isə Nekrasovskiy (Maltsevskiy) bazarı yerləşir  (#4).

– Lousser passajı –

Şpalernaya küç., ev 43 (Potemkinskaya küç. ilə kəsişmə), “Güllər” sərgi zalı

Bu, Peterburq`un ən qədim oranjereyasıdır və bir neçə nəsil şəhər sakinləri tərəfindən çox sevilməkdədir. Bu yerdə ilk oranjereya iri istisevər bitkilər – palmalar, olenadrlar, dəfnələr üçün hələ 1889-cu ildə tikilmişdir, lakin 1928-1930-cu illərdə o sökülərək Botanika bağına köçürülmüşdür. Onun yerində 1935-ci ildə Tsarskoye Selo`da keçmiş çar bağçılıq təsərrüfatındangətirilmiş palma oranjereyası (memar Aleksandr Bax, 1910-cu il) quraşdırılmışdır.

Müharibə illərində bina xeyli zədələnmişdir və yalnız 1978-ci ildə bərpa edilmiş oranjereyada “Güllər” sərgi zalı açılmışdır. Burada hətta ən sərt qış şaxtalarında da nadir tropik bitkilər bitir, budaqlı palmalar tavana kimi yüksəlir, azaliya və səhləblər çiçək açırdı. Burada müxtəlif gül və incəsənət sərgiləri keçirilirdi, bindan başqa burda hər zaman təzə və ucuz güllər, həmçinin də tropik şitillər almaq olardı.

XXI əsrin əvvəlində oranjereya məhkəmə mübahisələrinə səbəb olmuşdur. Məsələn, burada bitən cəngəllik bitkiləri kimi çox qaranlıq və dolaşıqdır. Hər şeyin sökülərək yerində yaşayış və ya ofis binlarının tikintisi və ya bağ əvəzinə oranjereyada internet-kafenin açılacağı haqqında şaiyələr gəzirdi.

31 mart 2006-cı ildə oranjereya bağlanmış, “Güllər” kooperativi isə bütün əmlakı ilə buradan köçürülmüşdür. Bu geniş ictimai əks-sədaya səbəb oldu və yalnız bundan sonra şəhər hakimiyyəti Sərgi zalının yalnız təmir məqsədilə bağlandığı və ilin sonuna kimi əvvəlki şəkildə açılacağı barədə bəyanatla çıxış etdi.

29 avqust 2006-cı ildə oranjereya bütün tropik gözəlliyi ilə yenidən ziyarətçilərin üzünə açıldı. Bu hadisə şəhər sakinlərinin fəal mövqeyi olmadan baş verə bilərdimi?! Məlum deyil…

90-cı illərin əvvəllərində köhnə şüşələr müasirləri ilə əvəz edildilər. İşlər Finlandiya şirkəti tərəfindən aparılmışdır.

Təəssüflər olsun ki, bu ağaclar artıq tarix olub. Ən soldakı çoxdandır ki, yoxdur, soldan ikinci və kadr arxasında sağ ağac hələ 2006-cı ilin aprelində kökündən kəsilmişdirlər, 2008-ci ilin sonuna isə artıq bütün ağaclar tamamilə kəsilmiş, yerində yeniləri əkilmişdir.

– Viktoriya vağzalı –

Zaqorodnıy pr., ev 52, Vitebsk vağzalı

Rus moderninin abidəsi - Vitebsk vağzalı

Rus moderninin abidəsi – Vitebsk vağzalı

Bu, Rusiya`da ən birinci dəmir yol vağzalıdır. Vitebsk vağzalından ilk qatar 30 oktyabr 1837-ci ildə yola düşmüşdür. Daşdan ilk bina 1849-1852-ci illərdə memar K. Ton tərəfindən ucaldılmışdır. Daha sonra, 1900-1904-cü illərdə binada yeni tikinti işləri aparılmışdır. Bu, qatarların ikinci mərtəbədən yollandığı yeganə vağzaldır.

Holms və Vatsonu aparan qatar məhz bu perondan yola düşür. Maraqlı bir qeyd? Qatar yerindən tərpənərək sərnişinlərin ümid elədiyi kimi bağzaldan deyil, vağzala doğru hərəkət edir 🙂

– Dəmir yolu –

Ozerki, Uşaq dəmir yolu (Kiçik Oktyabr dəmir yolu)

1980-ci ildə yol meşə otlaqlardan keçirdi. İndi hər şey dəyişib – düz relslərin yanında zaborlar durub, onların arxasında isə mülklər, kondominiumlar və 16 mərtəbəli evlər ucalır.

Holms və Vatson bəzədilmiş alman Pafawag vaqonunda hərəkət edirlər. İndi belə vaqonlar yoxdur, onlar hələ 1987-ci ildə istismardan çıxraılmışdılar və onlardan biri “Lenfilm”ə verilmişdir.

Meyringen`də mehmanxana (içərisi) –

Puşkin, Moskva şossesi, ev 11, böyük knyaz Boris Vladimiroviç`in bağ evi

Rəvayətə görə bu bağ evini böyük knyaz Boris Vladimiroviç`ə onun xaç anası kraliça Viktoriya hədiyyə edib. Mülk 1896–1897-ci illərdə London`un “Meypl” şirkəti tərəfindən ingilis kottecləri üslubunda tikilmişdir və hətta tikinti üçün kərpiclər də İngilətərə`dən gətirilmişdir. Memarları Şerborn və Skott`dur. 1899-cu ildə yanında ehtiyat evi də tikilmişdir, memarı A. fon Hohen`dir – bütün çəkilişlər də məhz burada edilib.

Bu epizodda biz evi yalnız içəridən görə bilərik. Lakin növbəti seriyada (bax: “Pələng ovu”) onu kənardan da görürük – Ronald Ader`in evi burada çəkilib.

“PƏLƏNG OVU”

– Vatson Aderin yanına gedir –

Fontanka çayının sahil küç., ev 54 / Rubinşteyn küç., ev 15-17, “Tolstoy evi”

Tolstoy`un evi

Tolstoy`un evi

Modernin son dövrlərinin memari abidəsi olan 6 mərtəbəli bu bina 1910-12-ci illərdə ev mülkiyyətçisi qraf M.P. Tolstoy`un sifarişinə əsasən memarlar F.İ.  Lidval və D.D.  Smirnov tərəfindən ucaldılıb.

Mürəkkəb planlama kompozisiyasının əsasını yaxşı təşkil olunmuş daxili məkana malik və özünəməxsus “küçə” yaradan müxtəlif konfiqurasiyalı üç həyət yaradır. Bu yeri bir çox kinematoqrafçı sevir. Bu yeri “Şerlok Holms`un macəraları”ndan başqa “Yuxuda da görə bilməzdiniz”“Qış albalı”sında görmək olar.

– Ronald Ader`in evi –

Puşkin, Moskva şossesi, ev 11, Böyük knyaz Boris Vladimiroviç`in bağ evi

Bağ evi kompleksinin binalarından biri, memarı A. fon Hohen`dir. Əvvəlki, “Ölümcül toqquşma” seriyasında bu evin içində Meyringen`də mehmanxana çəkilmişdir.

– Kavendiş bağı –

Puşkinskaya küç., ev 9–11

Burada Vatson faytonda gələn Holms`u gözləyərkən yağış altında çətirlə gəzişirdi. Puşkinin heykəli olan bu bağ Nevski prospekti`ninMoskva vağzalı`nın iki addımlığındadır. Bu yeri hələ növbəti seriyaların birində – “Aqra xəzinəsi”ndə görə bilərik.

– Holms Vatson`u dalanlarla aparır –

Liqovski pr., ev 2-4, Ftiziopulmonologiya ETİ-si

Artıq bizə yaxşı tanış olan yer,  içərindən (sxemdə # 5).

Apraksin bazarı. Mixaylovski keçidi, 15, 39-cu korpuzlar. Yaqodnı keçid, 46, 47, 49-cu keçidlər.

Apraksin bazarı memari kompleksi 14 hektar ərazini əhatə edir və Sadovaya, Lomonosov küçələri, Fontanka sahil küçəsi və Apraksin döngəsi ilə məhdudlaşıb, əksəriyyəti şəhər mülkiyyətində olan 57 korpusdan ibarətdir. Tarixən onun ərazisi Şukin və Apraksin bazarlarına bölünür.

Tacir İvan Şukin XVIII əsrin ortalarında özü üçün qraf Çernışovdan torpa payı almışdır. 1744-cü ildə imperatriça Yelizaveta Fyodor Apraksin`ə Fontanka çayı ilə Sadovaya küçəsi arasında geniş ərazi bəxş etdi. O zamanlar buralar hələ şəhərkənarı zona idilər və meşə Fontanka`nın sahilinəcən gəlirdi. Ticarət baxımından bu malikanələrin uğurlu yerləşməsini nəzərə alaraq 1766-cı ildə onların yerlərində bazar qurmaq qərara alındı.

Apraksin bazarı

Apraksin bazarı

Şəhərin ticarət həyatında Şukin və Apraksin bazarlarının rolu getdikcə artırdı. 1833-cü ildə I Nikolayın fərmanına əsasən hər iki bazarın dükanları vahid böyük bazarda birləşdirildi. 1862-ci ildə demək  olar ki, bütün ərazini məhv etmiş böyük bir yanğın baş verdi, lakin tez bir zamanda da hər şey bərpa olundu. 1875-ci ildə Apraksin bazar`ının yeni baş planı təsdiq olundu və növbəti 10 ildə demək olar ki, bütün korpuslar tikildi. Birinci dünya müharibəsi ərəfəsində Apraksin bazarı topdan satınş dövriyyəsinə görə Avropada ən böyük idi. Mariin bazarı ilə bir yerdə onun ərazisində 650 dükanı olan 50-dən çox korpus yerləşirdi.

1862-ci il yanğını

1862-ci il yanğını

Belə vəziyyət ta inqilaba qədər davam etmişdir, sonra isə korpusların çoxusu sahibsiz oldu, digərlərində isə anbarlar yerləşmişdi. Bazarın funksional strukturu demək olar ki, məhv olmuşdu. Kompleksin kompozisiyasına ən böyük zərbə 1960-cı illərdə vurulmuşdur. Bu zaman kilsə və dörd ticarət korpusunun yerində Lenizdatın binası ucaldılmışdır və teatr qarşısında Böyük sıra yenidən tikilmişdir. Filmin çəkiliş illərində buralar, şəhərin mərkəzində doğrudan gediş-gəlişi az olan yerlərindən idi.

1990-cı illərdən başlayaraq şəhərin ümumi çoxfunksiyalı mərkəzi kimi Apraksin bazarı`nın dirçəlməsi, onun ictimai əhəmiyyətinin artması baş verir. Bu gün Apraksin bazarı əsasən nəzarətsiz ticarət və kriminogen zonadır. Buna görə də yenidənqurma haqqında sphbətlər çoxdan getsə də bazarın burada qalıb-qalamayacağı tam məlum deyil.

Advertisements

2 responses »

  1. Geri izləmə: Yazı 53. Modernin müasirləşdirilməsi « Belle Époque haqqında bloq

  2. Geri izləmə: Yazı 55: Holmsun izi ilə. Üçüncü hissə « Belle Époque haqqında bloq

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma