Yazı 55: Holmsun izi ilə. Üçüncü hissə

Standard

Şerlok Holms haqqında sovet filmlərinin Sankt-Peterburq coğrafiyasının birinciikinci hissələrini də bloqdan oxuya bilərsiniz.

«AQRA XƏZİNƏSİ»

– Holms və Vatson miss Morsten`lə görüşə gedirlər –

Puşkinskaya küç., ev 9

Artıq bizə tanış olan Kavendiş-skver, amma bu dəfə yaşıllıq içində. Təəssüflər  olsun ki, bu ağaclar hal-hazırda yoxdurlar. Kadrda 9 nömrəli ev görünür

– “Liseum” teatrı –

Solyanoy keçidi, ev 11, Muxina rəssamlıq məktəbi

Baron Ştiqlits`in Texniki rəsm üzrə mərkəzi məktəbinin əsası Peterburqda mesenat A.L. Ştqilis`in puluna 1879-cu ildə, İbtidai rəsm, rəsmxətt və heykəltaraşlıq məktəbi ilə bir yerdə açılçımdır.

1922-ci ildə Petroqrad Ali rəssamlıq-texniki instituta qoşulmuşdur. 1945-ci ildə V.İ. Muxina adına Leninqrad ali rəssamlıq-sənaye məktəbi kimi bərpa olunmuşdur. Binanı tikmiş memar M.Y. Mesmaxer daha sonra tədris müəssisəsinin ilk müdiri oldu. Mərkəzi sərgi zalı üzərində dörd tərəli işıqlı günbəz ucalır. O, XIX əsrdə Rusiyanın ən böyük günbəzi idi – 42 x 19 metr ölçülərində, məktəbə Fontanka çayı tərəfdən yaxınlaşanda uzaqdan görünürdü.

Məktəb abituriyentlərinin hələ qəbul imtahanlarından da əvvəl tanış olduqları ənənələrdən biri muzeyə giriş qarşısında duran fənərlərlə bağlıdır. İki fənər mələk fiqurları ilə bəzədiliblər və abituriyentlər imtahandan əvvəl onların altına gül qoyurlar. Hesab olunur ki, imtahanlarda uğur gətirir. Bir neçə il əvvəl fənərlər bərpa üçün yerindən götürülmüşdülər, lakin 2006-cı ilin yazında yerinə qaytarılmışdılar. Lakin yerinə “səhv”, 180 dərəcə fırladılaraq qoyulmuşdular. Bunu şəkillərdə də görmək olar. Bundan başqa fasad boyu qazon və köhnə ağaclar XXI əsrin əvvəlində məhv edilmişdilər.

– Taddeuş Şolto`nun evinə yol –

Kamennıy adası, Böyük xiyaban, ev 6, naməlum ev

Kamennıy adası, Böyük xiyaban, ev 13, “Follenveyder`in evi”

Memar R.F. Meltser tərəfindən isveçrəli dərzi Eduard Follenveyder üçün 1904-1905-ci illərdə tikilmiş bu gözəl mülk dəfələrlə kinematoqrafçıların diqqətini cəlb etmişdir. “Şahzadə Florizel`in macəraları” filmində burada İntiharçılar klubu, “Cənab tərtibatçı”da isə Qrilyo`nun evi yerləşirdi. Əsaslı təmirdən sonra burada Danimarka səfirliyi yerləşmişdir. İren Adlerin evi burdan iki addımlıqdadır.

– Taddeuş Şolto`nun evi –

Qızıl Kursant küç., ev 34 А

1910-cı illərin əvvəlində S. Kriçinski`nin layihəsi əsasında bu

rada, qaçaqmalçılıqla mübarizə üçün 1893-cü ildə Maliyyə nazirliyinin tərkibində yaradılmış Əlahiddə sərhəd korpusu üçün moder üslubunda yeni üçmərtəbəli kazarmalar ucaldılmışdır.

Şolto`nun evindən soldakı qırmızı-sarı binanın yuxarı mərtəbəsində 1915-ci ildə nazir P.L. Barkın iştirakı ilə idarə kilsəsi açılmışdır. Sağdakı qaranlıq binada əvvəllər türmənin olduğu deyilir. 1918-ci ildə Korpus Moskvaya köçürülmüşdür.

İndi bura yaşayış evidir.

– Bartolomyu Şolto`nun evi –

Kamennıy adası, Krestovka çayının sahil küç., ev 12, “M.E. Kleynmihel`in malikanəsi”

Malikanə 1836-cı ildə memar A. Ştakenşneyder tərəfindən tikilmişdir və daha sonra bir neçə dəfə yenidən tikilmişdir. Son görünüşünü bina 1904-cü ildə qazanmışdır. Bu zaman bina memar İ. Pretro`nun layihəsi əsasında qotika elemtlərindən istifadə edilməklə yenidən tikilmişdir.

XXI əsrin ilk illərində Kamennıy adasının digər hissələrindəki kimi burada da nəyi var əsaslı təmir başlayır. deyirdilər ki, malikanədə Peterburq`da ilk 4 ulduzlu, 5 nömrəli ailə mehmanxanası açılacaq və eyni zamanda da itirilmiş elementlər bərpa edilərək bina ilkin şəklə salınacaqdır. 2006-cı ildə təmirin davam etdirildiyindən evə yaxınlaşmaq demək olar ki, mümkün deyildi.

2007-ci ildə ev ilkin vəziyyətdə bərpa olunmuşdyr, lakin mühmanxanaya nəsə oxşamır. Onu iki sıra hasar əhatə edir (köhnə hasar arxasında demək olar ki, gözə görünməyən ikinci sıra da yerləşdirilib), əsas darvaza isə təntənəli giriş funksiyasını həmişəlik itirib – düz onun arxasında və ümumiyyətlə bütün perimetr üzrə şam ağacları əkilib.

Bina təmirə qədər belə idi. İki təntənəli girişli möhtəşəm hasar – XX əsrin əvvəlinin dekorativ sənətinin gözəl nümunəsidir, müəllifi R. Meltser`dir.

– Müqəvvaçı Şerman`ın evi –

Kamennıy adası, Yan xiyaban, ev 11

Ayaqqabı taciri Petr Qoze`nin bağ evinin tikililərindən biri, memar V. Şene`dir (başqa mənbələrə əsasən N. Pryanişnikov). Təxminən 1904-1905-ci illər. Hausvald`ın malikanəsinə (İren Adler) bitişikdir.

2008-ci ildə sökülmüşdür.

– Holms və Vatson Smoll`un izi ilə qaçırlar –

Kamennıy adası, Böyük xiyaban, ev 24, “Professor evi”

Kamennıy adası, Böyük xiyaban, ev 13, “Follenveyder`in evi”

Artıq bizə tanış olan ev. Bizim qəhrəmanlar doqqaza doğru qaçırlar, indi burada qarovulçu budkası yerləşir. Onunla üzbəüz isə indi hündür hasar tikilib.

Vasilyevskiy adası, Ostoumov küç., ev 21/76, Vasileostrovski rayonunun 8№-li yanğınsöndürmə hissəsi

Kamennıy adası, 2-ci Tozağaclı xiyaban

Kamennıy adasının bu hissəsini indi tanımaq olmur. Burada elitar yaşayış kompleksi tikilib. Zahiri cəhətdən binalar qədimi binaları xatırladırlar. Kompleksin tərkibinə tacir Yeliseyev`in dövrümüzədək qalmış iki evi daxil edilmiş, həmçinin də daha öncə doldurulmuş kanal yenidən qazılmışdır. Altı bina sıfırdan tikilmişdir.

– Mordehay Smit`in evi –

Krestovski adasının şimali-qərb qırağı

Sahildən başqa burada gəminin yan alması üçün körpülü evin domaketkasını görə bilərik.

Qarşı sahildə indi yeni binalar tikilir, epizodun çəkildiyi qumlu yuyuntu isə ildən ilə şimala doğru uzanaraq burada Orta Nevka`nı daha da daraldır.

İrden Adler`in evi –

Kamennıy adası, 2-ci Tozağacı xiyabanının (ev 32) və Böyük xiyabanın (ev 14) küncü, “Hausvald`ın bağ evi”

Hausvald`ın bağ evi

Hausvald`ın bağ evi

Bu, Petrburqda modern üslubunda tikilmiş ilk binalardandır və 1898-ci ildə memarlar V. Çagin və V. Şene tərəfindən çörək ustasının yoldaşı Yevgeniya Hausvald üçün tikilmişdir. 1918-ci ildə malikanədə Lunaçarski adına 3-cü uşaq koloniyası yerləşdirilmişdir. Daha sonra burada uzun müddət Leninqrad Metallik zavodunun sanatori-profilaktorisi yerləşmişdi. Daha sonra dövlət mühafizəsi altında olan ev boşalmışdır. Burada dəfələrlə müxtəlif filmlər çəkilmişdir – “Don Sezar de Bazan”, “Ailəsiz”, “Yarasa”.

1990-cı illərdə malikanəni özəl şirkət almışdır. Hal-hazırda mülkiyyətçi “İmpuls” MMC-dir (Oleq Deripaska), onu mühafizə etsələr də burada heç kim yaşamır. İren Adlerin endiyi pillələrin düz qarşısında bir neçə ildir ki, içində bütün günü qarovulçular oturan konteyner yerləşir. Onlar maraqlı şəxslərin və jurnalistlərin ərazidən dərhal çıxarılmasına məsuldurlrar.

Keb 2-ci Tozağacı xiyabanı ilə gedib dumanda qeyb olur.

Bir neçə il ərzində bağ evinin taleyi haqqında heç nə məlum deyildi, ta 2008-ci ildə qalmaqal baş verməyənədək. Abidələrin dövlət istifadəsi və mühafizəsi üzrə komitədən verilən məlumata görə dövlət avariyalı vəziyyətdədir və bərpa oluna bilməz – bütün taxta konstruksiyaların 85% göbələyə yoluxublar və ondan qurtulmaq mümkünsüzdür. Bağ evinin əvvəlki sahibləri mikroorqanizmlərin böyüməsi və çoxalması üçün əlverişli şərait yaratmışdılar: dam illərlə damıb, isitmə sitemi işləməyib, zirzəmidəki havalandırma pəncərələri isə vaxtilə kərpiclə hörülüb.

Buna görə də qərara alınmışdır ki, bina sökülsün və yandırılsın, yerində isə eynisi tikilsin. əvvəl saxlanılması düşünülsə də, binanın daş hissələrinin də sökülməsi qərara alınmışdır.  Amma müasir tikilinin abidə statusu almayacağı faktı gizlədilirdi, deməli onu istənilən dövlət ehtiyacları və hətta xüsusi istifadəçilərin ehtiyacları üçün istifadə oluna bilərdi.

Lakin “Canlı şəhər”in (“Живой город”) və “Era” qrupunun fəalları binanın xilas edilməsinin mümkünlüyü, bunun üçün müvafiq texnologiya və vasitələrinin mövcudluğu haqqında ekspert rəyləri əldə etdilər.  Məmurlara “bəyaz bəla” ilə effektiv mübarizə aparan fungisidlər qrupundan olan kimyəvi preparatların olduğu göstərilsə də sökülmə haqqında qərar dəyişməz qalmışdır.

Sankt-Peterburq`un tarix və mədəniyyət abidələrinə dövlət nəzarəti, istifadəsi və mühafizəsi komitəsi və Rusiya mədəni mühafizə idarəsinə martda yazılımış rəsmi müraciətə yalnız yarım il sonra, o da prokurorluğun köməkliyi ilə aydın olmayan bir cavab alınmışdır: “Bu obyektdə ağac məhv edən böcəklər aşkar olunmadığından konstruksiyaların işlənməsi üçün fungisidlərin tətbiqi metodu nəzərdən keçirilməmişdir”. Sentyabrda fəallar prokurorluğa ərizə ilə müraciət edərək bildirmişdilər ki, baş verən hadisələrdə “obyektdə tikinti işlərinin sifariçisi – “İmpuls” MMC tərəfindən AR CM-nin 243-cü maddəsi (Tarix və ya mədniyyət abidəsinin qəsdən məhvi və ya zədələnməsi) ilə nəzərdə tutulmuş cinayətin Komitənin sanksiyalası ilə həyata keçirilməsi üzrə məqsədyönlü hazırlığının” əlamətlərini görürlər. “Era” qrupu öz ərizəsində qeyd edirdi ki, “bizim müraciətimizə cavab olaraq daxil olmuş Komitənin tək məktubu ya sənədin tərtibatçılarının bu məsələdə tam səriştəsizliyindən, ya da arsızcasına ələ salmalarından xəbər verir” və nəzarət orqanlarından müvafiq yoxlamanı keçirməyi, təqsirli şəxsləri müəyyən etməyi və məsuliyyətə cəlb etməyi, həmçinin də həqiqi abidənin qorunub saxlanması və bərpası üzrə bütün tədbirləri görməyi xahiş edirlər.

– Holms İren`dən zərf alır –

Kamennıy adası, 2-ci Tozağacı xiyabanının, ev 34

Bu yer İrean Adler`in evinin yaxınlığındadır. İndi burada yeni tikili olsa da əvvəllər burada yerləşən S.N. Vinoqradski`nin (Şvars`ın) bağ evinin üslubunu saxlayıb. XXI əsrin əvvəlində bağ evinin ilkin şəkli XIX əsrin sonunda memar V.A. Şene tərəfindən çəkilmiş çertyoj və şəkillər əsasında vərpa olunmuşdur.

– Temza çayı üzərində gəmilərin yan alma körpüsü –

Neva çayı, Bolşeoxtinski (Böyük Pyotr) körpüsü

Uzaqdan London`un Tauer körpüsü`nü xatırladan körpünün əsası 1909-cu ilin yayı qoyulmuşdur və 1911-ci ilin payızı açılmışdır. Layihənin müəllifləri mühəndis Q. Krivoşein və memar V. Apışkov`durlar.

Bu günəməzədək körpüdəki pərçimlərdən birinin qızıldan olduğu barədə şayiələr dolanır.

Filmin qəhrəmanlarının suya endiyi pilləkan Smolnı tərəfdədir. O bu illər ərzində sahildən fərqli olaraq heç dəyişməmişdir. Sahil tamamilə qranitlə örtülmüşdür və sahil boyunca qələbəlik şosse keçir.

Polis katerinin sükançısı deyəsən bir az sərxoş idi, çünki qəhrəmanlarımız körpünün altından bir neçə dəfə əks istiqamətlərdə keçirlər..

Arxa planda hər zaman üzərində tutqun sənaye binaları ucaldılmış həmən bu Sinopskaya sahil küçəsi görünür.

– Smoll`un katerinin  Temza`da təqibi –

Yekaterinqofka çayı, Neva çayı, Avarçəkmə kanal

Gördüyünüz kimi təqib şəhərin ən müxtəlif yerləşən yerlərində baş verib.

“Diana” Orta Nevka ilə Fin körfəzinə qaçdığı zaman təqibçilərin arxasında yenə də Bolşeoxtinskiy körpüsü görünməkdədir.

Daha sonra təqibin Yekaterinqofka çayına keçməsinə baxmayaraq Tonqa`nın bədənini Avarçəkmə kanalında axtarırlar, yəgin ora daha dayaz olduğu üçün.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma