Daily Archives: 06.02.2013

Yazı 60: Strassburq moderni

Standard

Mən Strassburqda olmasam da, məndə o daha çox orta əsr şəhəri təəssüratı yaradırdı düzü. Ona görə də Avropanın paytaxtında modern memarlığının nümunələrinə rast gəlmək düzü məni xeyli təəccübləndirdi.

Strasburqda modern üslübunda tikilmiş binalar bir rayonda yerləşirlər. Bu hal təsadüfi deyil və bir çox şəhərlərdə də müşahidə olunur, çünki XX ərsin əvvəllərində bu binalar əsasən əvvəllər daş binalar olmayan rayonlarda sıx tikilirdilər.

Strasburq moderni qalan bütün şəhər kimi həm alman, həm də fransız təsirinə məruz qalmışdır.

 Modern memarisinə aid ən məşhur bina fasaddakı freskaların görə Misir evi adlanır. Bu bina 1905-ci ildə memar Frans Şnayder tərəfindən o zaman dəbdə olan oriyentalizm ruhunda tikilmişdir.

 

Read the rest of this entry