Yazı 68: Fletayron-bildinq

Standard

Buxarlı gəmi, nəhəng okean layneri XIX əsrin sonu – XX əsrin əvvəllərində ən güclü metafora idi. Odur ki, dəniz, donanma dizaynı obyektin forma və daxili quruluşunun məhz ona tabe olmasını tələb edirdi. Təsadüfi deyil ki, məşhur Fletayron bildinq (və ya sadəcə “Ütü”) daşdan tkilmiş nəhəng gəmini xatırladır.

fl 1

Bu orijinal binanın ucaldılması tarixçəsi hələ XX əsrin əvvəllərinə – 1901-1902-ci illərə gedib çıxır. Bu möhtəşəmliyin müəllifi Deniel Börnhem (Daniel Burnham) idi. Yeri gəlmişkən, Fletayron tikinti zamanı polad karkasdan istifadə olunduğu ilk hündürmərtəbəli binalardan biri idi. Göydələnin hündürlüyü 94 metrdir, bina 21 mərtəbəlidir. Sözün düzü küçələrin iti bucaq altında kəsişməsi yerində üçbucaq formasında göydələnlərin tikitisi daha öncə Filadelfiyada gerçəkləşdirilmişdi, həmin bina da “Ütü” adını almışdır, daha sonra Torontoda üçbucaq göydələn, Liverpul, daha sonra Konnektikutda da analoji binalar tikilmişdir. Buna görə də belə demək olar ki, şəhər peyzajının bir hissəsi kimi “Ütülər” XIX əsrin sonunda dəbdə idilər.

fl 2
Mediso Skver parkı üzərində yüksələn Fletayronun ən məşhur obrazlarını əks etdirmiş amerikalı fotoqraf-modernist Alfred Stiqlits (Alfred Stieglitz [1864 -1946]) yazırdı ki, “Bina nəhəng oke gəmisinin burnu kimi sanki üzərimə hərəkət edirdiş Bu, yeni qurulan Amerikanın şəkli idi”. Dalğavari xarici bəzəyi ilə Fletayron həqiqətən də klassik keçmişdən çıxıb polad göydələnlər erasına doğru hərəkət edən gəmini xatırladır. Yanus kimi eyni zamanda həm keçmiə, həm də özünün yaratdığı gələcəyə baxan gözəl göydələn nümunəsidir.

fl 3

Tikintisi zamanı Fletayron Nyu-Yorkun ən hündür binalarından biri idi və ilkin olaraq “Fuller binası” (Fuller Building) adlandırılırdı və yalnız XX əsrin 30-cu illərində o, hazırki adını almışdır. Vaxt keçdikcə şəhərdə vəziyyət (xüsusilə də hündürlük) də dəyişirdivə bu gün Fletayronun hündürlüyü əlbəttə ki, heç kimi təəccübləndirə bilməz, amma yenə də o, Nyu-Yorkun şəhər peyzajının ən əlamətdar hissələrindən biri qalmaqda davam edir.

fl 4

Maraqlıdır ki, Fletayron-bildinqin tikintisinin qalmış fotolarında maraqlı bir detal görmək olar – XX əsrin əvvəllərində tikintidə işləyən fəhlələrin təhlükəsizlik texnikası haqqında çox orijinal təsəvvürləei var idi, onlar çox yüksək mərtəbələrdə ağlasığmaz hərkətləri heç bir təhlükəsizlik sığortası etmədən edirdilər.

fl 5

Fletayron-bildinq bu gün Nyu-York şəhər peyzajının ayrılmaz tərkib hissəsi, çəhər sakinlərinin fəxr, qonaqların isə heyranlıq mənbəyidir.

fl 6

İlkin olaraq bina Corc A. Fullerin (George A. Fuller) tikinti şirkətinin iqamətgahı kimi tikilən bina bir müddət “Fuller binası” adlanmışdır. Lakin tez bir zamanda özünün xarakterik formasında görə bina “Üt” (Flatiron) adını aldı. Fullerin şirkəti Nyu-Yorkda bir çox məşhur binanı tikib, o cümlədən Pensilvaniya vağzalı, Plaza oteli, İkinci Dünya Müharibəsindən sonra isə şəhərdə fasadı tamam şüələnmiş ilk göydələnlər olan Lever House (1952) və Seagram Building (1958). Hündürlüyü 307 fut (93,6 m) olan 21 mərtəbəli Fletayron isə tikintisi başa çatdığı an üçün Uoll-stritdən şimalda ən hündür bina idi.

fl 7

Bir çox mənbələrdə təkrarlanan səhv məlumata görə guya Fletayron polad karlaslı ilk bina və ya o zamanın ən hündür binası idi. Lakin əslində bu, belə deyil. Məsələn, 1899-cu ildə ikilmiş Park Rou binasının ucaldılması zamanı da eyni texnogiyadan istifadə olunmuşdur və o daha hündür idi.

fl 8

Fuller düzgün qeyd etmişdi ki, Fletayron elə bir dövrdə tikilmişdi ki, “memarlar hələ də özlərini, sanki polad mövcud deyilmiş kimi aparırdılar”. Lakin Çikaqodan olan Deniel H. Börnhemin memarlıq şirkəti digərilərindən bir addım öndə idi. Börnhem göydələnin ucaldılması üçün deltavari torpaq sahəsindən maksimum dərəcədə istifadə etmişdir. Lakin qıraqdan binaya baxan hər kəs daxilən elə hiss edir ki, sanki divarların binanın ağırlığına dözmək üçün bir qədər nazikdirlər. İki küçənin kəsişməsindən yaranan olduqca dar künc sanki məkanı sıxaraq seyirçini yuxarı baxmağa vadar edir, bundan da hündürlük təəssüratları daha da artır.

fl 9-

Bəzən “Börnhemin barokkosu” adlandırılan sanki zəif küləkdən dalğalanan dənizi xatırladan terrakota divarlar aslan başları, çələng və maskaların həcmli təsvirləri ilə bəzədilib. Burada sözsüz ki, keçmiş əsrlərin kalssik memari irsi hiss olunur. Dördüncü mərtəbə səviyyəsində oval çələnglərin təsviri qədim yunan qadın maskaları ilə növbələşir. Terrakota üzləmə bloklları binanın bütün səthi üzərində işıq və kölgənin oynamasına səbəb olan dərin relyef ornamenti ilə bəzədilib. Dərində yerləşən pəncərələr açıq rəngli bina səthində qaranlıq boşluqlar kimi görünürlər.

fl 10

Səkkiz mərtəbə səviyyəsində divarda olan qabarıqlara Nyu-York ofis binalarında nisbətən az rast olunur və daha çox Çikaqo göydələnlərinə xasdır, məsələn Börnhem tərəfində 1896-cı ildə tikilmiş Fisher Building üzərində. Bunlar fasada dalğalanan suyun ritmikliyini verirlər. Terrakota bloklar kəskin üfüqi sərhədlərə malikdirlər, bununla da bir-birinin üzərində yerləşən çoxsaylı laylar effektini gücləndirirlər.

fl 11

Fletayron klassik sütun formasında tikilmiş hündürmərtəbəli binanın ən parlaq nümunələrindən biridir. İlk beş mərtəbəinin təşkil etdiyi bönövrə iri əhəngdaşıblokları ilə zlənib. Binanın yuxarısında isə Btnhem iri, qabağa çıxan dişli karniz yerləşdirib. Binanın müəyyən bucaq altında sütun kimi görsənməsi ayrıca durmuş qüllə effektini gücləndirir.

fl 12

Sütun forması belə hündürlükdə göydələn üçün uğuru idi, lakin tez bir zamanda Nyu-Yorkda peyda olmuş 30-40 mərtəbəli binalar üçün artıq ağır klassik karniz mənasız görsənirdi. Lakin Fletayron hazırda da müasir görünür, çünki binanın vahid obrazı olmadığından seyirçidən obyekti tamamlamasını tələb edir. Onun obrazı seyirçinin həmin anda durduğu nöqtədən asılıdır. Qarşısında durub başını yuxarı qaldırsan, yaxından bina sonsuz bir sütun kimi görünəcək. Yandan, Brodveyə açılan 190 fut (58 metr) uzunluğunda fasad inanılmaz yüksəklikdə palatsionu xatırladır. Nəhəng divar gəminin burnu kimi birləşir. Binanın obrazı vahid deyil və sanki qarşıdan gələn dinamik XX əsri qabaqlayaraq hərəkətlilik təəssüratı oyadır.

fl 16

Fletayron Nyu-Yorkun ən populyar göydələnlərindən biridir, onun təsviri bir çox fotoda, filmdə təsvir olunub, onunla bir çox maraqlı hadisə və hekayə bağlıdır. Bina tikilib bitiriləndən bir müddət sonra məlum olmuşdur ki, binanın yanında tez-tez yüksələnhava cərəyanları yaranır, bu da sonralar “23-skidu” (23-skidoo) adlanan effektə səbəb olur. Ümumiyyətlə o zamanlar bir çox insanlar göydələnin yanından keçməyi qorxurdular ki, bina onların üzərinə düşə bilər.

fl 18

Lakin elə “cəsarətli” kişilər də var idi ki, saatlarla “Ütünün” yanında keşik çəkirdilər ki, hava axını yaxınlıqda gəzişən xanımlardan birinin ətəyini yuxarı qaldıracaq.

fl 19

Hətta qadın həvəskarlarının qrupları da formalaşmağa başlayır. “23-skidoo” məhz onlara deyirdilər – 23-cü küçə Brodvey və Beşinci avenyunu burada kəsərək Fletayronun qarşısından keçir. “Skidoo” sözü “getmək, aradan çıxmaq, rədd olmaq kimi” tərcümə olunan “Scrum!” sözünün köhnəlmiş variantıdır. Çox güman ki, polis ətrafda dolaşan qadın həvəskarlarına məhz belə müraciət edirdilər.

fl 13fl 14  fl 15

Bu gün Nyu-Yorku əsl göydələnlər şəhəri adlandırmaq olar. Burada ən müxtəlif təyinatlı, mərtəbəli, üslublu 140-dan çox göydələn var. Bunlar arasında da Fletayron sözsüz ki, ən məşhurları sırasındadır.

Stitched Panorama

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma