Yazı 70: Modern üslubunda Moskva memarisi. Birinci hissə

Standard

XIX əsrin sonunda Avropada yaranmış modern üslubunun Moskvaya gəlişi lap yerinə düşdü – bu zaman daha sonra satıılmaq üçün nəzərdə tutulan hazır evlərin tikilməsi də dəbə minir. Bu, memarlara konkret sifarişçinin nazı ilə oynamadan daha sərbəst yaratmağa imkan verdi.  Amma ev sahibləri də bu cür sərbəstlikdən gileylənmirdilər: modern tək xarici görünüşün deyil, həm də interyer detallarının ən xırda şəkildə işlənməsini nəzərdə tuturdu.

Modernin əsas fərqləndirici cəhəti – əyilən xətlər və bitki motivləri idi. Minimum düz xətt və bucağı olan asimmetrik tikilən binalar erkerlərlə, yapma naxışlarlar, heykəllərlə, keramik mozaikalarla, incə sürahı və hasarlarla bəzədilirdilər.

Modern təxminən 20 il ərzində çox populyar idi və daha sonralar da bir çox memarlar ona müraciət edirdi. Bu üslubda bir çox ictimai bina da tikilsə də bu postda söhbət yalnız şəxsi şəxsi mülklərdən və icarəyə verilən evlərdən gedəcək.

 

M.F. Yakunçikovanın evi. Preçistenski döngəsi, 10 (1899-1900-cu illər, memar Vilyam Valkot)

Həm də Moskvanın məşhur “Metropol” mehmanxanasının tərtibatında iştirak etmiş britaniyalı memar Vilyam Valkotun iki əsas mülk layihəsi Preçistenski döngəsində yanaşı yerləşirlər və Moskva Ticarət-tikinti səhmdar cəmiyyətinin sifarişi ilə tikilmişdilər (MTTSC XIX əsrin sonu – XX əsrin əvvəlində Moskvanın əsas developerlərindən idi, şirkət daha sonra modern abidəsi sayılmış bir neçə obyektin tikintisinin təşəbbüskarı olmuşdur). 10 nömrəli ev ingilis moderninə xas sadə və lakonik üslübda, yumşaq pastel rənglərdə ucaldılmışdır. Evi daha sonra kərpic zavodları və parça fabrikinin sahibin həyat yoldaşı, Savva Mamontovun bacısı qızı Mariya Fyodorovna Yakunçikova satın almışdır. Sonralar bu binada Komsomol evi, Krupskaya adına kitabxana və Zair səfirliyi yerləşmişdir.

K.A. Qutheylin mülkü, Preçistenski döngəsi, 8 (1902-1903-cü illər, memar Vilyam Valkot)

MTTSC-nin vəsaiti hesabına tikildim 8 nömrəli evin sahibi dahs onra not naşiri Aleksandr Qutheylin oğlu Karl Quthey olmuşdur. 1913-cü ildə mülk Karzikinlər tacir ailəsinin mülkiyyətinə keçir. 2008-2010-cu illərdə binanı bərpa etmişdilər və hal-hazırda burada Mərakeş səfirliyi yerləşir. Girişin üzərində Valkotun “imzası” – qadın başının təsviri yerləşdirilib. Simmetrik fasad modern üçün xas olmasa da, bina Yakunçikovanın qonşuluqdakı mülkü ilə kəskin təzad yaradır. Evin tərtibatında həm rokoko (qapı üzərində örtük, “böyük” körpələr və buruqlar), həm də ar-nuvo elementlərindən istifadə olunmuşdur.

 

Tacir İsakovun gəlirli evi, Preçistenka küçəsi, 28 (1904-1906-cı illər, memar Lev Kekuşev)

Memarı rus moderninin məşhur nümayəndəsi Lev Nikolayeviç Kekuşev olan bu evin fasadı Moskvada ən gözəl nümunələrdən biri sayılır. MTTSC-nin sifarişi ilə tikilmiş binanı Peterburqlu tacir İ.P. İsakov satın almışdır və icarə vermək üçün istifadə olunmuşdur. Binanın küçəyə baxan hissəsi beşmərtəbəli, həyətə baxan hissəsi isə altımərtəbəlidir, bu da binanın tikildiyi torpaq sahəsinin relyefi ilə bağlıdır. Dam pəncərəsinin yanında əllərində maarifçilik simvolları – məşəl və kitab olan iki qadın fiquru bu günümüzədək qalıb, binanın başında olan heykəl isə 100 il ərzindən it-bat olmuşdur. Bu bina indiyədək yaşayış binası kimi istifadə olunur.

 

Mindovskinin malikanəsi, Povarskaya küçəsi, 44 (1904-cü il, memar Lev Kekuşev)

Bir neçə il bina MTTSC-nin mülkiyyətində idi, daha sonra onu toxuculuq fabrikinin sahibi İvan Mindovski satın aldı. 1924-cü ildən binada İsveç səfirliyi yerləşdirdi, 1972-ci ildə isə bina Yeni-Zelandiyaya verildi, ində də binada sonuncunun səfirliyi yerləşir. Binanın tərtibatında memarın bir çox müəllif fəndlərini görmək olar – girişin oval üstlüyü, divar üstün relyeflər, heykəllər və Lev Kekuşevin “imzası” – memarın adına işarə edən şir fiqurları.

 

A.İ. Kekuşevanın malikanəsi, Ostojenka küçəsi, 21 (1900-1903-cü illər, memar Lev Kekuşev)

Öz ailəsi üçün bu miniatür qəsri tikərkən memar 1899-cu ildə Tverskoy bulvar tərəfdə Savva Mamontov üçün hazırladığı layihəni (daha sonra həmən layihə üzrə tikinti sifarişçinin müflisləşməsi nəticəsində heç başlamadı da) reallaşdırdı. İlkin olaraq evin girişini üç metrlik şir fiquru bəzəyirdi, lakin o, günümüzədək qalmamışdır. 1906-cı ildə boşandıqdan sonra Kekuşev evi ailəsinə verd, 1909-cu ildə isə bina başqa sahiblərin mülkiyyətinə keçdi. Hal-hazırda bu binada Misir səfirliyi yerləşir. Bina Bulqakovun əsərindəki Marqaritanın evinin prototipi sayılır.

 

А.İ. Kekuşevanən gəlirli evi, Ostojenka küçəsi, 19 (1902-1903-cü illər, memar Lev Kekuşev)

Bu binanın fasadının sağ hissəsi kartuşlu aattik, balkon və tağlı girişlə “gücləndirilib”. Pəncərələr arasındakı boş sahələr gül kompozisiyaları ilə bəzədilib. Sovet vaxtı burada dəri-zöhrəvi dispanser yerləşirdi, indi isə biznes-mərkəz yerləşir.

 

Otto Listin malikanəsi, Qlazovski dalanı, 8 (1898-1899-cu illər, memar Lev Kekuşev)

Bu mülkü memar özü üçün tikirdi, lakin sənayeçi Otto List elə bir qiymət təklif elədi ki, memar satışdan imtina edə bilmədi. Sonralar bu evdə dirijor Sergey Kusevitskinin arvadı yaşayıb, bir müddər RaxmaninovSkryabin qonaq olmuşdular. Hazırda binada Kaluqa vilayətinin nümayəndəliyi yerləşir. Hesab olunur ki, əsas girişin üzərindəki mozaikanın müəllifi memar Vilyam Valkotdur.

 

Boçarov qardaşlarının gəlirli evi, Qoqolevski xiyabanı, 21 (1902-ci il, memar Lev Kekuşev, əlavə tikilinin müəllifi K. Qurovdur)

Bina yapma dekor, maskalar və erkerlərin əsasında bayquş təsvirləri ilə məşhurdur. 1906-cı ildə dörd mərətəbəli binaya sağdan əlavə tikili birləşdirilmişdir. Hal-hazırda bina “Rosvoorujeniye” dövlət korporasiyasının istifadəsindədir.

 

Tacir Nosovun mülkü, Elektrozavodskaya küçəsi, 12 (1903-cü il, memar Lev Kekuşev)

Mülkün ilk sahibləri tacir olan köhnə ibadətçilər (старообрядцы) Nosovlar ailəsi olmuşdur. SSRİ vaxtı binada yataqxana və uşaq baxçası yerləşirdi, 2009-cu ildən isə burada Rusiya dölət gənclər kitabxanasının filialı fəaliyyət göstərir. Binada o cümlədən Nosovlar ailəsinə və Kekuşevin yaradıcılığına həsr olunmuş sərgilər yerləşdirilmişdir.

 

S.P. Ryabuşinskinin malikanəsi (həmçinin Maksim Qorkinin ev-muzeyi kimi də məşhurdur), Malaya Nikitskaya küçəsi, 6/2 (1900-1903-cü illər, memar Fyodor Şextel)

Erkən modernin ən parlaq nümunələrindən biri. Binanı sahibkar Stepan Ryabuşinski üçün moskva moderninin (Kekuşev ilə yanaşı) ən məhsuldar nümayəndələrindən biri Fyodor Şextel tikmişdir. İki mərtəbəli evin tərtibatında həm də ingilis qotikasının və mavritan üslubun elementləri vardır. 1917-1931-ci illərdə bina müxtəlif dövlət strukturlarına məxsus idi, daha sonra isə burada Maksim Qorki yaşayırdı. 1956-cı ildə evdə yazıçının xatirə ev-muzeyi açılmışdır. Bu ev də Marqaritanın evinin prototipi sayılır.

 

P.P. Smirnovun malikanəsi, Tverskoy xiyabanı, 18, tikili 1 (1900-1905-ci illər, memar Fyodor Şextel)

Hələ 1750-ci illərin sonunda tikilmiş binanı 1900-cu ildə tacir və araq istehsalçısı Pyotr Petroviç Smirnov almışdır. Binanın yenidən qurulması üçün o, Şexteli dəvət etmişdir. Binanın ən məşhur iki elementi döymə dəmirdən hazırlanmış balkon və uzun vitrajlı pəncərəli hündür attikdir. Sovet vaxtı binada xalq məhkəməsi və gərbi prokurorluq yerləşirdi. 1990-cı illərdə burada Pensiya fondu və Melodiya şirkəti yerləşirdi. Hal-hazırda binanın sağ hissəsində və həyətdəki tikililərdə Pensiya fondunun Moskva şöbəsi yerləşir, ön qapıdan isə restorana giriş vardır.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma