Category Archives: Bloq haqqında

Yazı 70: Modern üslubunda Moskva memarisi. Birinci hissə

Standard

XIX əsrin sonunda Avropada yaranmış modern üslubunun Moskvaya gəlişi lap yerinə düşdü – bu zaman daha sonra satıılmaq üçün nəzərdə tutulan hazır evlərin tikilməsi də dəbə minir. Bu, memarlara konkret sifarişçinin nazı ilə oynamadan daha sərbəst yaratmağa imkan verdi.  Amma ev sahibləri də bu cür sərbəstlikdən gileylənmirdilər: modern tək xarici görünüşün deyil, həm də interyer detallarının ən xırda şəkildə işlənməsini nəzərdə tuturdu.

Modernin əsas fərqləndirici cəhəti – əyilən xətlər və bitki motivləri idi. Minimum düz xətt və bucağı olan asimmetrik tikilən binalar erkerlərlə, yapma naxışlarlar, heykəllərlə, keramik mozaikalarla, incə sürahı və hasarlarla bəzədilirdilər.

Modern təxminən 20 il ərzində çox populyar idi və daha sonralar da bir çox memarlar ona müraciət edirdi. Bu üslubda bir çox ictimai bina da tikilsə də bu postda söhbət yalnız şəxsi şəxsi mülklərdən və icarəyə verilən evlərdən gedəcək.

 

M.F. Yakunçikovanın evi. Preçistenski döngəsi, 10 (1899-1900-cu illər, memar Vilyam Valkot)

Həm də Moskvanın məşhur “Metropol” mehmanxanasının tərtibatında iştirak etmiş britaniyalı memar Vilyam Valkotun iki əsas mülk layihəsi Preçistenski döngəsində yanaşı yerləşirlər və Moskva Ticarət-tikinti səhmdar cəmiyyətinin sifarişi ilə tikilmişdilər (MTTSC XIX əsrin sonu – XX əsrin əvvəlində Moskvanın əsas developerlərindən idi, şirkət daha sonra modern abidəsi sayılmış bir neçə obyektin tikintisinin təşəbbüskarı olmuşdur). 10 nömrəli ev ingilis moderninə xas sadə və lakonik üslübda, yumşaq pastel rənglərdə ucaldılmışdır. Evi daha sonra kərpic zavodları və parça fabrikinin sahibin həyat yoldaşı, Savva Mamontovun bacısı qızı Mariya Fyodorovna Yakunçikova satın almışdır. Sonralar bu binada Komsomol evi, Krupskaya adına kitabxana və Zair səfirliyi yerləşmişdir.

Read the rest of this entry

Advertisements

Səsvermə 1: “Hajinski-bloq”un ayrıca domenə köçməsi

Standard

Yazı 16: 2012-ci ilə 1912-ci ildən baxış

Standard

1912-ci il insanlığın yaddaşında birinci növbədə “Titanik”in batması ilə yadda qalmışdı. Həmin il Fransanın “Lombart” şokolad fabriki “2012-ci ildə” adı altında 6 açıqcadan ibarət seriya buraxmışdır. Burada 1912-ci ildən 2012-ci ilin texnologiya və həyat tərzinin necə təsəvvür olunduğu təsvir olunmuşdur. Buraxılışın məqsədi sadəcə marketoloji idi – alıcılara bütün seriyanı toplayaraq bonus almaq təklif olunurdu, çünki bir şokolad bağlaması ilə yalnız bir açıqca verilirdi. Əlbəttə, açıqçalarda reklamdan da qaçılmamışdı – demək olar ki, bütün süjetlərdə “Lombart” öz adını çəkir. Təəssüflər olsun ki, reklam şirkətə kömək olmadı – o, 1912 ilə 2012 arasında yox oldu.

"Lombart" şokoladı

"Lombart" şokoladı

Read the rest of this entry

Yazı 3: Bloqun bölgüsü

Standard

Müvafiq bölməni görmək üçün şəklin üzərinə basın