Category Archives: Klimt

Yazı 41: Qustav Klimt`in həyat və yaradıcılığına dair bir neçə mənbə

Standard

Bildiyiniz kimi 2012-ci ildə dahi modern üslübunda işləmiş Avstriya rəssamı Qustav Klimt`in anadan olmasının 150 illiyi qeyd olunur. Onun həyat və yaradıcılığına “Hakinski-bloq”da bir neçə dəfə nəzər salmışam. Bu gün isə nəzərinizə onun həyat və yaradıcılığına dair daha geniş məlumat əldə edə biləcəyiniz bir neçə mənbəyə dair məlumat vermək istəyirəm.

* linklər üzrə keçərək daha geniş məlumat əldə edə bilərsiniz

Konstanta Nyeto Yusta – “Qustav Klimt. Ruhun rəssamı” (Константа Ньето Юста – “Густав Климт. Живописец души”)

Read the rest of this entry

Yazı 21: Gözəl dövrün bəzəyi – xalta-boyunbağılar

Standard

XIX əsrin sonu – XX əsrin əvvəllərinin fotolarına baxanda kübar qadınların çox gözəl və dəbdəbəli boyunbağıları nəzəri cəlb edir. Öncəki dövrlərdən asılı olaraq bu dövrün kolyeləri qadınların açıq sinələrini deyil, bilavasitə boyunlarını bəzəyirdi. Fikrimcə bunu, o zaman hökm edən viktorian əxlaqı ilə də bağlamaq olardı. Amma yenə də, onların dəbə minməsi aşağıda qeyd edəcəyim kiçik bir təsadüflə bağlıdır.

 Kraliça Meri

Kraliça Meri

Kraliça Meri

Read the rest of this entry

Yazı 17. 2011-ci ilin ən romantik rəsmi

Standard

Bir qədər müddət əvvəl Facebookda xəbər vermişdim ki, keçən il Qustav Klimtin “Öpüş” rəsmi ən romantik bədii təsviri seçilmişdir. Bu barədə Artdaily xəbər verir ki, şəkillərin reproduksiyalarının satışı ilə məşğul olan overstockArt.com saytı keçən ilin 14 fevralında, Sevgililər günündə sayta girən insanların daha çox baxdığından bu qənaətə gəlmişdilər. Reytinq saytın romantik şəkillər yerləşən qalereyasının ziyarət edilməsi məlumatlarına əsasən tərtib edilmişdir. Ümumiyyətlə üç milyondan çox baxış təhlil edilmişdir və təhlilin nəticələri göstərmişdir ki, ziyarətçilərin üçdə birindən çoxu (təxminən 37%) Qustav Klimtin “Öpüş” şəklini klikləmişdilər.

Qustav Klimt - "Öpüş"

Qustav Klimt - "Öpüş"

Read the rest of this entry

Yazı 15. Qustav Klimtin həyatının xronologiyası

Standard

Bir müddət öncə Qustav Klimtin yaradıcılığına bir nəzər salmışdıq, amma bu gün də istədim xronoloji bir siyahı təqdim edim, axı 2012-ci il Klimt ilidir.

Qustav Klimt

1862 – 14 iyulda Vyana yaxınlığındakı Baumqartendə Qustav Klimt dünyaya gəlmişdir. O, zərgər Ernst Klimtin və onun arvadı Anna Finsterinin yeddi uşağıdan ikincisi idi.

1876 – Qustav Klimt Vyanada İncəsənət-sənaye məktəbinə daxil olur və burada Ferdinand Laufberq və Yulius Viktor Bergerin rəhbərliyi altında 1883-cü ilədək təhsil alır.

1877 – Qustavın kiçik qardaşı Ernst də İncəsənət-sənaye məktəbinin tələbəsi olur. Onlar bir yerdə fotolar üzrə portretlər çəkərək 6 quldenə satırlar.

1879 – dostları Frans Matç ilə bir yerdə Qustav və Ernst Klimt Vyanda İncəsənət-tarixi muzeyinin daixili həyətinin bəzədilməsi üzrə dekorativ işlər icra edirlər.

Read the rest of this entry

Yazı 6: Qustav Klimtə ilk nəzər

Standard

Qustav Klimt modern və ümumiyyətlə dünya incəsənətində özünəməxsus yer tutur. Əlbəttə ki, əksəriyyətiniz Bakıdakı “Park Inn” otelində olmusunuz – divardan asılmış Klimtdən reproduksiyalar heç kəsi biganə qoya bilməz, ən əsası isə – onun cəmi bir rəsminə baxmaq kifayətdir ki, bundan sonra Klimtin əsərlərini ilk baxışdan və hər zaman tanıya biləsiniz. Söhbət onun təkrarçı olmağından deyil, daha çox özünəməxsus və təkrarolunmaz tərzindən gedir.

Klimti əvvəllər də tanıyırdım, sevirdim, amma onun yaradıcılığına xüsusi maraq 2006-cı ilin ortalarında yarandı. 18 iyulda hərracların birində onun “I Adel Blox-Bauerin portreti” o zaman üçün rekord olan 135 milyon dollara satılmışdır.  Özü də rekord birdən birə 30 milyon artmışdır.

I Adel Blox-Bauerin portreti

"I Adel Blox-Bauerin portreti"

Read the rest of this entry

Yazı 3: Bloqun bölgüsü

Standard

Müvafiq bölməni görmək üçün şəklin üzərinə basın