Category Archives: Memarlıq

Yazı 70: Modern üslubunda Moskva memarisi. Birinci hissə

Standard

XIX əsrin sonunda Avropada yaranmış modern üslubunun Moskvaya gəlişi lap yerinə düşdü – bu zaman daha sonra satıılmaq üçün nəzərdə tutulan hazır evlərin tikilməsi də dəbə minir. Bu, memarlara konkret sifarişçinin nazı ilə oynamadan daha sərbəst yaratmağa imkan verdi.  Amma ev sahibləri də bu cür sərbəstlikdən gileylənmirdilər: modern tək xarici görünüşün deyil, həm də interyer detallarının ən xırda şəkildə işlənməsini nəzərdə tuturdu.

Modernin əsas fərqləndirici cəhəti – əyilən xətlər və bitki motivləri idi. Minimum düz xətt və bucağı olan asimmetrik tikilən binalar erkerlərlə, yapma naxışlarlar, heykəllərlə, keramik mozaikalarla, incə sürahı və hasarlarla bəzədilirdilər.

Modern təxminən 20 il ərzində çox populyar idi və daha sonralar da bir çox memarlar ona müraciət edirdi. Bu üslubda bir çox ictimai bina da tikilsə də bu postda söhbət yalnız şəxsi şəxsi mülklərdən və icarəyə verilən evlərdən gedəcək.

 

M.F. Yakunçikovanın evi. Preçistenski döngəsi, 10 (1899-1900-cu illər, memar Vilyam Valkot)

Həm də Moskvanın məşhur “Metropol” mehmanxanasının tərtibatında iştirak etmiş britaniyalı memar Vilyam Valkotun iki əsas mülk layihəsi Preçistenski döngəsində yanaşı yerləşirlər və Moskva Ticarət-tikinti səhmdar cəmiyyətinin sifarişi ilə tikilmişdilər (MTTSC XIX əsrin sonu – XX əsrin əvvəlində Moskvanın əsas developerlərindən idi, şirkət daha sonra modern abidəsi sayılmış bir neçə obyektin tikintisinin təşəbbüskarı olmuşdur). 10 nömrəli ev ingilis moderninə xas sadə və lakonik üslübda, yumşaq pastel rənglərdə ucaldılmışdır. Evi daha sonra kərpic zavodları və parça fabrikinin sahibin həyat yoldaşı, Savva Mamontovun bacısı qızı Mariya Fyodorovna Yakunçikova satın almışdır. Sonralar bu binada Komsomol evi, Krupskaya adına kitabxana və Zair səfirliyi yerləşmişdir.

Read the rest of this entry

Advertisements

Yazı 68: Fletayron-bildinq

Standard

Buxarlı gəmi, nəhəng okean layneri XIX əsrin sonu – XX əsrin əvvəllərində ən güclü metafora idi. Odur ki, dəniz, donanma dizaynı obyektin forma və daxili quruluşunun məhz ona tabe olmasını tələb edirdi. Təsadüfi deyil ki, məşhur Fletayron bildinq (və ya sadəcə “Ütü”) daşdan tkilmiş nəhəng gəmini xatırladır.

fl 1

Read the rest of this entry

Yazı 65: Qlazqo sərgisində rus pavilyonları

Standard

Qlazqoda ümumdünya sərgisi üçün rus pavilyonlarının ansamblını yaradandan sonra memar Frans-Albert Şextel arxitektura akademiki fəxri adına layiq görülmüşdür. Şextel özü Qlazodakı ansamblı özünün şah əsəri hesab edirdi.

“Rus üslubunda şimal tikililərinin soyuqluğu və ahəngini əks etdirməyə çalışdığım bu tikilələr mənə başqa əsərlərimdən daha əzizdirlər. Onlar mənim şüarımdırlar”.

Read the rest of this entry

Yazı 63: Kiyevin mərkəzində modern evdə müasir mənzil

Standard

Cəmi 57 kv. m. sahəsi olan və modern üslübunda tikilmiş 7 mərtəbəli  evin birinci mərtəbəsində yerləşən bu mənzil Kiyevdə yerləşir. Tarixi bina, müasir interyer və kiçi terrasada təbiətin ahəngliyi bu mənzilə məxsusi gözəllik verir məncə.

Read the rest of this entry

Yazı 62: Şotland moderni: Çarlz Renni Makintoş və Qlazqodan bir neçə foto

Standard

Dünən axşam düzü bloqda Mixail Eyzenşteyn haqqında yazmağa söz vermişdim. Amma dünən əziz dost Turan xanımın bloqu izləməsi ilə bağlı problemi yarandığından düşündüm ki, qürbətdə olduğu üçün Eyzenşteyn bir-iki gün gözləyər, bəlkə Qlazqodan yazım. Şotland moderninin görkəmli nümayəndəsi Çarlz Renni Makintoş haqqında yaxşı məlumatlar tapdım, amma həftənin cümə günü olduğunu və səhər tezdən məhkəmədə olduğunu nəzərə alaraq tərcüməni həftəssonuna buraxıb bu gün şəkillərlə kifayətlənməli oldum. Hələliksə özünüzü hazırlayın bazar ertəsinə ))

Lustre reconstitué du salon de thé de Miss K. Cranston (Glasgow)

Lustre reconstitué du salon de thé de Miss K. Cranston (Glasgow)

Read the rest of this entry