Çarlz Renni Makintoş (Charles Rennie Mackintosh)

Çarlz Renni Makintoş (Charles Rennie Mackintosh)
Çarlz Renni Makintoş (Charles Rennie Mackintosh)
Çarlz Renni Makintoş (Charles Rennie Mackintosh)
Dünən axşam düzü bloqda Mixail Eyzenşteyn haqqında yazmağa söz vermişdim. Amma dünən əziz dost Turan xanımın bloqu izləməsi ilə bağlı problemi yarandığından düşündüm ki, qürbətdə olduğu üçün Eyzenşteyn bir-iki gün gözləyər, bəlkə Qlazqodan yazım. Şotland moderninin görkəmli nümayəndəsi Çarlz Renni Makintoş haqqında yaxşı məlumatlar tapdım, amma həftənin cümə günü olduğunu və səhər tezdən məhkəmədə olduğunu nəzərə alaraq tərcüməni həftəssonuna buraxıb bu gün şəkillərlə kifayətlənməli oldum. Hələliksə özünüzü hazırlayın bazar ertəsinə ))
Lustre reconstitué du salon de thé de Miss K. Cranston (Glasgow)
Şerlok Holms haqqında sovet filmlərinin Sankt-Peterburq coğrafiyasının birinci və ikinci hissələrini də bloqdan oxuya bilərsiniz.
– Holms və Vatson miss Morsten`lə görüşə gedirlər –
Puşkinskaya küç., ev 9
Artıq bizə tanış olan Kavendiş-skver, amma bu dəfə yaşıllıq içində. Təəssüflər olsun ki, bu ağaclar hal-hazırda yoxdurlar. Kadrda 9 nömrəli ev görünür
– “Baqatel” klubu –
Kronverkskiy pr., ev 5, Kşesinskaya`nın mülkü
Kşesinskaya`nın mülkü
Yəgin əksəriyyət üçün çox gürultulu səslənir, amma SSRİ-də çəkilmiş “Şerlok Holms`un macəraları” bədii serialı dünyada ən çox ekranlaşdırılmış qəhrəmanın ən yaxşı obrazını yaratmışdır. Hətta Vasiliy Livanov bu roluna görə kraliçanın əlindən orden də almışdır.
Şerlok Holms və doktor Vatson`un yaşadıqları və gəzdikləri yerləri görmək üçün heç də London`a getmək lazım deyil, bunun üçün bədii serialın əksər seriyalarının çəkildiyi Sankt-Peterburq`un çəkiliş məkanlarını ziyarət etmək kifayətdir.
Kamenoostrovski pr., ev 10
Məşhur xəfiyyənin mənzili və bir çox digər yerlər məhz burada çəkilmişdir.
Holms`un mənzili üçüncü pavilyonda qurulmuşdur. Burda artıq çoxdandır ki, heç nə çəkmirlər. Hal-hazırda burafa bir neçə kommersiya müəssisəsi fəaliyyət göstərir və buraya Kamenoostrovski prospekt tərəfdən daxil olmaq mümkündür.
Bu yaxınlarda artıq Qaudi və onun ən əsas əsəri – Saqrada Familia haqqında yazmışdım. Bu gün isə vaxt məhdudluğundan tək şəkillərlə kifayətlənməyi düşündüm. Sonra da yadıma düşdü ki, əziz dostum Cəmil Şıxlinskinin ad günüdür, Barselona haqqında nəsə yerləşdirməmək əlbəttə ki, günah olardı. Çünki Cəmilin candan azarkeşlik etdiyi “Barselona” Futbol Klubu da məhz Barselona moderninin inkişafı döcrünün məhsuludur.
* Bütün şəkillər yeni pəncərədə daha böyük ölçüdə açılırlar