Category Archives: Ornament

Yazı 66: Kitab mağazasına girişdə modern üslubunda vitraj

Standard

Bir dəfə Kembricdəki dükanın modern üslubunda girişinin fotosunu paylaşmışdım. Bir tək fotosuna bloq-post həsr etməyə layiq modern nümunəsi idi. Bu gün də həmin gün, həmin fotolardandır – İspaniyanın San-Sebastyan şəhərində kitab dükanının modern üslubunda bəzədilmiş vitrajlı girişi.

Yazı 62: Şotland moderni: Çarlz Renni Makintoş və Qlazqodan bir neçə foto

Standard

Dünən axşam düzü bloqda Mixail Eyzenşteyn haqqında yazmağa söz vermişdim. Amma dünən əziz dost Turan xanımın bloqu izləməsi ilə bağlı problemi yarandığından düşündüm ki, qürbətdə olduğu üçün Eyzenşteyn bir-iki gün gözləyər, bəlkə Qlazqodan yazım. Şotland moderninin görkəmli nümayəndəsi Çarlz Renni Makintoş haqqında yaxşı məlumatlar tapdım, amma həftənin cümə günü olduğunu və səhər tezdən məhkəmədə olduğunu nəzərə alaraq tərcüməni həftəssonuna buraxıb bu gün şəkillərlə kifayətlənməli oldum. Hələliksə özünüzü hazırlayın bazar ertəsinə ))

Lustre reconstitué du salon de thé de Miss K. Cranston (Glasgow)

Lustre reconstitué du salon de thé de Miss K. Cranston (Glasgow)

Read the rest of this entry

Yazı 56: Portuqaliya moderni

Standard

Portuqaliya`da turistlərə bi qayda olaraq ölkənin müstəmləkə imperiyası kimi qüdrətli olduğu dövrlərə aid abidələrə baxmaq təklif olunur. Lakin XIX və XX əsrlərdə Avropanın faktiki əyalət ölkəsi olmasına baxmayaraq bu gün də Portuqaliya`da portuqal moderninəar-dekoya aid abidələr görmək olar.

Lissabon. Restauradoriş meydanından “Eden” kinoteatrı (şəkillər əlavə pəncərədə daha böyük ölçüdə açılırlar)
  Read the rest of this entry

Yazı 49: Praqa`da Yubiley (Qüds) sinaqoqası

Standard

İkinci dünya müharibəsinə qədər Praqa şəhəri Avropa yəhudilərinin əsas mərkəzlərindən biri olmuşdur. Məşhur yəhudi “robotu” QolemRabbi Lev tərəfindən məhz burada yaradılmışdır.

Rabbi Lev Qolem`i canlandırır

Rabbi Lev Qolem`i canlandırır

Read the rest of this entry

Yazı 48: Kiyev`də “Əjdahalı ev”

Standard

Kiyevlilər bu evi çox yaxşı tanıyırlar və onunla fəxr edirlər – qeyri-adi memariyə malik bina qəribə, bahalı bir oyuncaq kimi görsənir – şəhər sakinləri qonaqları mütləq bura gətirib onları heyrətləndirməyə çalışırlar.

"Əjdahalı ev"in ümumi görünüşü

"Əjdahalı ev"in ümumi görünüşü

Read the rest of this entry

Yazı 35: Modern dövrünə aid 99 ədəd ekslibris

Standard

Bu qədər şəkilə yalnız bir şərh ola bilər – carpe diem!

Bir neçə gün əvvəl ekslibrislərin nə olduğu haqqında yazmışdım, bu gün isə sizə 100 il əvvəl yaşamış adi kitab həvəskarlarının ekslibrislərini təqdim etmək istərdim.

Düzü, bu ekslibrislərə baxarkən məndə ziddiyyətli hisslər yaranır: bir tərəfdən onlar özləri də sənət əsərləridir, ikinci tərəfdən kitablara olan hörməti simvolizə edirlər, amma digər tərəfdən də onlar kitab üzərində mülkiyyəti bildirməklə sanki bilik üzərində də mülkiyyətə işarə edirlər. Sonuncu hal məni bir qədər məyus edir.

Read the rest of this entry