Tag Archives: Alfons Muxa

Yazı 36: Öz dəyərini itirməmiş istiqraz

Standard

Alfons Muxanın müəllifi olduğu bu istiqraza internetdə təsadüfən rast gəldim. İqtisadi dəyərindən başqa onun bir sənət əsəri kimi dəyərli olduğundan 100 il sonra da bu istiqraz bir sənət əsəri kimi gözlərimizi oxşayır və nominalından xeyli baha qiymətləndirilir.

İstiqraz

İstiqraz

Bu, 500 frank nominallı 5%li istiqrazdır. İstiqraz 15 noyabr 1903-cü ildə Paris-France S.A. univermağı tərəfindən buraxılıb. Paris-France S.A. univermağının əsası 1898-cu ildə Parisdə qoyulmuşdur və 1914-cü ilə onun 30 mln franklıq nizamnamə kapitalı və 78 filialı var idi.

Advertisements

Yazı 27: “La Samaritaine” univermağı

Standard

Hər bir “ÇQK” oyunçusu yaxşı bilir ki, Parisin ən köhnə körpüsü “Pont neuf” (“Yeni körpü”) adlanır. Uzunnluğu 280 m, eni — 20 m olan Yeni körpü Sena çayının sağ sahilində 1-ci mahaldakı Luvr sahil küçəsi ilə (Quai du Louvre) sol sahildə 6-cı mahaldakı Konti sahil küçəsi  (Quai de Conti) və Qrand-Ogüsten (Quai des Grands Augustins) sahil küçəsini birləşdirir.

Yeni körpü və Site adası

Yeni körpü və Site adası

Read the rest of this entry

Yazı 26: Modern dövrünün plakatları

Standard

Modern dövrünün plakatları və afişaları özlərinin formalarının və rənglərinin sadəliyi, eyni zamanda incəliyi ilə fərqlənir. Digər sənət növlərində olduğu kimi burada da əsas elementlərdən biri təbii güllərdir.

Dövrün ən məşhur afişa müəlliflərindən dahi çex rəssamı Alfons Muxa olmuşdur. Onun Sara Bernarın tamaşaları üçün çəkdiyi afişalar Paris divarlarına asılan günü kolleksionerlər tərəfindən qoparılaraq sənət nümunələri kimi kolleksiyalarında saxlanılmışdılar.

Alfons Muxanın Sara Bernar üçün afişası

Alfons Muxanın Sara Bernar üçün afişası

Read the rest of this entry

Yazı 20: Praqa moderni

Standard

Düzü, əvvəl istədim son günlərdə gedən müzakirələrin acığına Fransadan yazım. Sonra düşündüm ki, yox, ondansa çoxdandır istədiyim kimi Alfons Muxadan yazım. “Alfons Muxa” deyər-deməz Çexiya və Avropa moderninin əsas mərkəzlərindən biri Paraq yadıma düşdü. Dünən də əsasən memarlıqdan yazdım, amma üzrlü sayarsınız, ən sevdiyim incəsənət növüdür.

Yozef Fanta – Patriot ifaçılar dərnəyinin keçmiş binası. Qapının fraqmenti. Ağac

Praqa. Mazarik sahil küçəsi, ev 248-6

  Read the rest of this entry

Yazı 2. Modern nədir

Standard
Alfons Muxanın şəkillərindən bir cəm

Alfons Muxanın şəkillərindən bir cəm

Nəzəriyyəsi: modern nədir, tərifi, xronologiyası, cərəyanları, adları

Modern (fansızcadan, “moderne” – yeni, müasir) – XIX sonu – XX əsrin əvvəllərində incəsənətdə geniş yayılmış və əsas məzmunu rəssamların öz sənətlərini XIX əsrin ikinci yarısı incəsənətinin tarixilik və ekletizminə qarşı qoymaq meylləri olan uslubun adıdır – adı da elə burdan yaranıb.
Buna görə də “modern” anlayışını “müasir” və ya “müasir incəsənət” sözlərinin ümumi mənasından, həmçnin də XX əsr incəsənətində ən avanqardist, eksperimental və formalistik cərəyanları bildirən “modernizm” sözündən fərqləndirmək lazımdır. Read the rest of this entry