Tag Archives: ar-deko

Yazı 56: Portuqaliya moderni

Standard

Portuqaliya`da turistlərə bi qayda olaraq ölkənin müstəmləkə imperiyası kimi qüdrətli olduğu dövrlərə aid abidələrə baxmaq təklif olunur. Lakin XIX və XX əsrlərdə Avropanın faktiki əyalət ölkəsi olmasına baxmayaraq bu gün də Portuqaliya`da portuqal moderninəar-dekoya aid abidələr görmək olar.

Lissabon. Restauradoriş meydanından “Eden” kinoteatrı (şəkillər əlavə pəncərədə daha böyük ölçüdə açılırlar)
  Read the rest of this entry

Yazı 32: Loews Miami Beach Hotel

Standard

Bəzən belə yanlış təsəvvür var ki, modern bir cərəyan kimi yalnız XIX sərin sonu – XX əsrin əvvəllərində mövcud olmuşdur. Bu belə deyil. Doğrudur, bir cərəyan kimi, məhz o zaman yaranmış və çiçəklənmişdir. Lakin bu günümüzdə də rəssamlar, memarlar və zərgərlər həmən, gözəl dövrün tapıntı və üsullarına müraciət edib biz sevindirirlər.

Bunlardan biri də 1998-ci ildə ABŞ-ın Florida ştatının Mayami şəhərində Ar-Deko rayonunda (Art Deco District, South Beach) açılmış Loews Miami Beach Hotel`idir. Otel öüzüdə kosmopolitik təsirləri əks etdirən ar-deko üslübünda tikilmişdir və Mayami Cənubi Çimərliyinin (South Beach) ən böyük otellərindəndir. Oteli Nichols Brosch Wurst Wolfe (NBWW) şirkəti layihələndirmişdir.

Mayami Cənub Çimərliyi

Mayami Cənub Çimərliyi

Read the rest of this entry

Yazı 23: “Lello” kitab mağazası

Standard

“Travnik”in ən yaxşı ənənələrində bir giriş edəcəm:

1912-ci ildə alman arxeoloqu Lüdviq Borxart el-Amarn şəhərində Tutmos adlı heykəltaraşın emalatxanasında Exnatonun həyat yoldaşı Nefertitinin unikal büstünü aşkar etmişdir. Həmin heykəlcik bu günümüzə qədər Qədim Misir mədəniyyətinin gözəllik və incəliyinin əsas simvollarından birinə çevrilmişdir.

Büstü misirşünas Lüdviq Borxartın adamları tapdığından onlar onu dərhal ölkədən çıxarıb Almaniyaya aparmışdılar. Misir gömrükçülərindən yayınmaq üçün büst əhənglənmişdir. Büstün tapılmasından sonra bu barədə öz arxeoloji gündəliyində qeydlər aparan Borxart təsvir barədə yalnız bir cümlə işlətmişdir: “Təsvir etmək mənasızdır – baxmaq lazımdır!”

Bu gün barəsində yazacağım gözəlliyi sözlərlə təsvir etmək mənasızdır – görmək lazımdır. Canlı olsa daha yaxşı, amma hələlik fotolarla kifayətlənək.

Pərvin, sənin üçün:

"Livraria Lello"nun interyeri

"Livraria Lello"nun interyeri

Read the rest of this entry

Yazı 19: Casa Lis muzeyi

Standard

Dünən yenə də İspan futbolunda el clasico olub, odur ki, bu gün Facebook divarımda hər iki yazıdan biri məhz o oyun haqqındadır, qalan statuslar isə bu və ya digər formada Fransaya həsr olunub (mənfilər də var, müsbətlər də). Odur ki, bu gün ispan moderni haqqında yazmamaq günah olardı. Amma nə qədər də ispan moderninin əsas mərkəzi Qaudinin yaşayıb-yaratdığı Barselona olsa da, el-classikodan sonra tərəfkeşlik kimi görsənməsin deyə ispan moderni haqqında ilk yazımı ölkənin tamam başqa regionuna həsr etmək istəyirəm.

Bu gün sizi ispan moderninin gözəl bir nümunəsi ilə, hal-hazırda ar-nuvo və ar-deko sənəti muzeyi – “Museo Casa Lis” kimi tanınan Don Migel de Lisin mülkü ilə tanış etmək istəyirəm.

Museo Casa Lis

Museo Casa Lis

Read the rest of this entry