Tag Archives: ar-nuvo

Yazı 33: Esperantoda kitablar üçün ekslibrislər

Standard

Bu, çox unikal postdur mənim üçün, çünki hər 2 bloqumda paylaşacağım qısa bir yazıdır. Amma bunun dəyərliliyi çox böyükdür, 3 maraq sferamın (kitablar, Esperanto, modern) kəsişdiyi nöqtədə yerləşir. Esperanto üçün təfərrüatlı Travnik-bloq`dakı yazımdan oxuyun.

Esklibrislər kitabın üzərinə sahibi tərəfindən yapışdırılan və mülkiyyətçini bildirən kitab işarəsidir. Orta əsrlərdən gələn ən-ənə modern dövründə də dəbdə idi.

Ekslibris

Ekslibris

Read the rest of this entry

Advertisements

Yazı 27: “La Samaritaine” univermağı

Standard

Hər bir “ÇQK” oyunçusu yaxşı bilir ki, Parisin ən köhnə körpüsü “Pont neuf” (“Yeni körpü”) adlanır. Uzunnluğu 280 m, eni — 20 m olan Yeni körpü Sena çayının sağ sahilində 1-ci mahaldakı Luvr sahil küçəsi ilə (Quai du Louvre) sol sahildə 6-cı mahaldakı Konti sahil küçəsi  (Quai de Conti) və Qrand-Ogüsten (Quai des Grands Augustins) sahil küçəsini birləşdirir.

Yeni körpü və Site adası

Yeni körpü və Site adası

Read the rest of this entry

Yazı 26: Modern dövrünün plakatları

Standard

Modern dövrünün plakatları və afişaları özlərinin formalarının və rənglərinin sadəliyi, eyni zamanda incəliyi ilə fərqlənir. Digər sənət növlərində olduğu kimi burada da əsas elementlərdən biri təbii güllərdir.

Dövrün ən məşhur afişa müəlliflərindən dahi çex rəssamı Alfons Muxa olmuşdur. Onun Sara Bernarın tamaşaları üçün çəkdiyi afişalar Paris divarlarına asılan günü kolleksionerlər tərəfindən qoparılaraq sənət nümunələri kimi kolleksiyalarında saxlanılmışdılar.

Alfons Muxanın Sara Bernar üçün afişası

Alfons Muxanın Sara Bernar üçün afişası

Read the rest of this entry

Yazı: 24. Bakı, Cəfər Cabbarlı küçəsi, 12

Standard

Axır ki, bu gün də növbə gəldi doğma Bakımızı moderninə. Təssüüflər olsun ki, bu sahədə internetdə məlumat olduqca azdır, kitabxanalarda araşdırmalar aparmaq üçün isə vaxt yoxdur, özü də tərcümə və şəkillərin toplanması bu işi daha da çətinləşdirir.

Bu gün üçün hələlik şəkillərlə kifayətlənmək istədim.

Cəfər Cabbarlı küçəsi, 12 ünvanında yerləşən bina hər bir Bakı sakininə yaxşı tanış olmalıdır. Bir neçə il öncəyə qədər bu binada Yasamal rayonu icra hakimiyyəti yerləşirdi (aşağıdakı fotolar məhz həmin dövrə aiddir, üçrəngli bayraqdan başa düşülür). Hal-hazırda həmin orqan köçüb, bina isə bağlıdır. Nə qədər ki, dağıdılmayıb, gəlib bu gözəl modern abidəsini xatırlayaq.

Binanın tarixçəsi haqqında kimdəsə məlumat olarsa, bölüşərsə şad olaram.

Ümumi görünüş

Ümumi görünüş

Read the rest of this entry

Yazı 23: “Lello” kitab mağazası

Standard

“Travnik”in ən yaxşı ənənələrində bir giriş edəcəm:

1912-ci ildə alman arxeoloqu Lüdviq Borxart el-Amarn şəhərində Tutmos adlı heykəltaraşın emalatxanasında Exnatonun həyat yoldaşı Nefertitinin unikal büstünü aşkar etmişdir. Həmin heykəlcik bu günümüzə qədər Qədim Misir mədəniyyətinin gözəllik və incəliyinin əsas simvollarından birinə çevrilmişdir.

Büstü misirşünas Lüdviq Borxartın adamları tapdığından onlar onu dərhal ölkədən çıxarıb Almaniyaya aparmışdılar. Misir gömrükçülərindən yayınmaq üçün büst əhənglənmişdir. Büstün tapılmasından sonra bu barədə öz arxeoloji gündəliyində qeydlər aparan Borxart təsvir barədə yalnız bir cümlə işlətmişdir: “Təsvir etmək mənasızdır – baxmaq lazımdır!”

Bu gün barəsində yazacağım gözəlliyi sözlərlə təsvir etmək mənasızdır – görmək lazımdır. Canlı olsa daha yaxşı, amma hələlik fotolarla kifayətlənək.

Pərvin, sənin üçün:

"Livraria Lello"nun interyeri

"Livraria Lello"nun interyeri

Read the rest of this entry

Yazı 19: Casa Lis muzeyi

Standard

Dünən yenə də İspan futbolunda el clasico olub, odur ki, bu gün Facebook divarımda hər iki yazıdan biri məhz o oyun haqqındadır, qalan statuslar isə bu və ya digər formada Fransaya həsr olunub (mənfilər də var, müsbətlər də). Odur ki, bu gün ispan moderni haqqında yazmamaq günah olardı. Amma nə qədər də ispan moderninin əsas mərkəzi Qaudinin yaşayıb-yaratdığı Barselona olsa da, el-classikodan sonra tərəfkeşlik kimi görsənməsin deyə ispan moderni haqqında ilk yazımı ölkənin tamam başqa regionuna həsr etmək istəyirəm.

Bu gün sizi ispan moderninin gözəl bir nümunəsi ilə, hal-hazırda ar-nuvo və ar-deko sənəti muzeyi – “Museo Casa Lis” kimi tanınan Don Migel de Lisin mülkü ilə tanış etmək istəyirəm.

Museo Casa Lis

Museo Casa Lis

Read the rest of this entry

Yazı 18: Şextelin irsi

Standard

Görkəmli rus memarı Fyodor Osipoviç Şextelin memari əsərlərinin ağ-qara şəkilləri:

A.İ. Derojinskaya-Ziminanın mülkü

Moskva, Kropotkin dalanı, 13

Daxili pilləkan

Daxili pilləkan

Read the rest of this entry