Tag Archives: Art nuvo

Yazı 17. 2011-ci ilin ən romantik rəsmi

Standard

Bir qədər müddət əvvəl Facebookda xəbər vermişdim ki, keçən il Qustav Klimtin “Öpüş” rəsmi ən romantik bədii təsviri seçilmişdir. Bu barədə Artdaily xəbər verir ki, şəkillərin reproduksiyalarının satışı ilə məşğul olan overstockArt.com saytı keçən ilin 14 fevralında, Sevgililər günündə sayta girən insanların daha çox baxdığından bu qənaətə gəlmişdilər. Reytinq saytın romantik şəkillər yerləşən qalereyasının ziyarət edilməsi məlumatlarına əsasən tərtib edilmişdir. Ümumiyyətlə üç milyondan çox baxış təhlil edilmişdir və təhlilin nəticələri göstərmişdir ki, ziyarətçilərin üçdə birindən çoxu (təxminən 37%) Qustav Klimtin “Öpüş” şəklini klikləmişdilər.

Qustav Klimt - "Öpüş"

Qustav Klimt - "Öpüş"

Read the rest of this entry

Yazı 15. Qustav Klimtin həyatının xronologiyası

Standard

Bir müddət öncə Qustav Klimtin yaradıcılığına bir nəzər salmışdıq, amma bu gün də istədim xronoloji bir siyahı təqdim edim, axı 2012-ci il Klimt ilidir.

Qustav Klimt

1862 – 14 iyulda Vyana yaxınlığındakı Baumqartendə Qustav Klimt dünyaya gəlmişdir. O, zərgər Ernst Klimtin və onun arvadı Anna Finsterinin yeddi uşağıdan ikincisi idi.

1876 – Qustav Klimt Vyanada İncəsənət-sənaye məktəbinə daxil olur və burada Ferdinand Laufberq və Yulius Viktor Bergerin rəhbərliyi altında 1883-cü ilədək təhsil alır.

1877 – Qustavın kiçik qardaşı Ernst də İncəsənət-sənaye məktəbinin tələbəsi olur. Onlar bir yerdə fotolar üzrə portretlər çəkərək 6 quldenə satırlar.

1879 – dostları Frans Matç ilə bir yerdə Qustav və Ernst Klimt Vyanda İncəsənət-tarixi muzeyinin daixili həyətinin bəzədilməsi üzrə dekorativ işlər icra edirlər.

Read the rest of this entry

Yazı 2. Modern nədir

Standard
Alfons Muxanın şəkillərindən bir cəm

Alfons Muxanın şəkillərindən bir cəm

Nəzəriyyəsi: modern nədir, tərifi, xronologiyası, cərəyanları, adları

Modern (fansızcadan, “moderne” – yeni, müasir) – XIX sonu – XX əsrin əvvəllərində incəsənətdə geniş yayılmış və əsas məzmunu rəssamların öz sənətlərini XIX əsrin ikinci yarısı incəsənətinin tarixilik və ekletizminə qarşı qoymaq meylləri olan uslubun adıdır – adı da elə burdan yaranıb.
Buna görə də “modern” anlayışını “müasir” və ya “müasir incəsənət” sözlərinin ümumi mənasından, həmçnin də XX əsr incəsənətində ən avanqardist, eksperimental və formalistik cərəyanları bildirən “modernizm” sözündən fərqləndirmək lazımdır. Read the rest of this entry