Tag Archives: Berlin

Yazı 39: Gözəl dövrün Berlini

Standard

Düzü, Berlindən heç olmamışam, amma olmaq istərdim. Heç də babalarımız kimi təntənəli şəkildə şəhərə tankdan girib Brandenburq darvazalarında al bayraq asmaq niyyətim də yoxdur, özümü şəhərə, tarixinə, mədəniyyətinə həbs etməyə gedəcəm.

Modern incəsənətinin hökm elədiyi dövrə Gözəl dövr (fransızca – Belle epoque) deyirlər. Heç də təsadüfi deyil – söhbət heç də incəsənətdə geniş istifadə edilən təbiət motivləri, incəliklə, ideallaşdırılan gözəlliklə bağlı deyil, həm də gələcəyə dair bir pozitivliklə əlaqəli idi. Görəsən çiçəklənmə və inkişaf dövrünü yaşayan milyonlarla avropalı qarşıdan gələn XX əsr dəhşətlərini görmürdülərmi?!

Bu gün bloqda Berlində 100 il əvvəl çəkilmiş şəkillər hökm edəcək. Hayıf ki, eyni yerləri müasir fotoları məndə yoxdur. Düşünürəm ki, çox da dəyişməyib – 1945-dən və 1989-dan sonra Berlin yenidən bərpa edilib. Həm də, ağ-qara fotoların öz cazibəliyi var.

Bütün şəkilləri daha geniş ölçüdə yeni pəncərədə açmaq olar. Həzz alın!

Read the rest of this entry

Advertisements

Yazı 5: Berlin, Mommsenstraße 56

Standard

Əgər incəsənətdə modern mənim üçün birinci növbədə Fransa ilə assosiasiya olunursa, memarlıqda nədənsə Almaniya-Avstiyaya meyl edirəm. Odur ki, pariteti saxlamaq xətrinə bu gün yollanırıq Berlinə:

Berlin, Mommsenstraße 56. Ümumi görünüş

Berlin, Mommsenstraße 56. Ümumi görünüş

Read the rest of this entry