Tag Archives: İspaniya

Yazı 66: Kitab mağazasına girişdə modern üslubunda vitraj

Standard

Bir dəfə Kembricdəki dükanın modern üslubunda girişinin fotosunu paylaşmışdım. Bir tək fotosuna bloq-post həsr etməyə layiq modern nümunəsi idi. Bu gün də həmin gün, həmin fotolardandır – İspaniyanın San-Sebastyan şəhərində kitab dükanının modern üslubunda bəzədilmiş vitrajlı girişi.

Advertisements

Yazı 50: Barselona`da Qaudi irsi

Standard

Bu yaxınlarda artıq Qaudi və onun ən əsas əsəri – Saqrada Familia haqqında yazmışdım. Bu gün isə vaxt məhdudluğundan tək şəkillərlə kifayətlənməyi düşündüm. Sonra da yadıma düşdü ki, əziz dostum Cəmil Şıxlinskinin ad günüdür, Barselona haqqında nəsə yerləşdirməmək əlbəttə ki, günah olardı. Çünki Cəmilin candan azarkeşlik etdiyi “Barselona” Futbol Klubu da məhz Barselona moderninin inkişafı döcrünün məhsuludur.

Kasa Balyo

* Bütün şəkillər yeni pəncərədə daha böyük ölçüdə açılırlar

Read the rest of this entry

Yazı 43: Barselona. Antonio Qaudi. Saqrada Familia.

Standard

Keçən həftə “Barcelona” futbol kulubu udub. Deyəsən “Milan”ı. Təəssüflər olsun ki, əksəriyyət üçün “Ən məşhur barselonalı?” sualına cavab Argentina mənşəli bir gəncdir, mənim kimi azlıq isə eyni suala cavab, əslində heç də Barselona`da deyil, ondan bir qədər cənubda, Reus şəhərində doğulmuş Antonio Qaudi`dir.

Antonio Qaudi

Antonio Qaudi

Read the rest of this entry

Yazı 19: Casa Lis muzeyi

Standard

Dünən yenə də İspan futbolunda el clasico olub, odur ki, bu gün Facebook divarımda hər iki yazıdan biri məhz o oyun haqqındadır, qalan statuslar isə bu və ya digər formada Fransaya həsr olunub (mənfilər də var, müsbətlər də). Odur ki, bu gün ispan moderni haqqında yazmamaq günah olardı. Amma nə qədər də ispan moderninin əsas mərkəzi Qaudinin yaşayıb-yaratdığı Barselona olsa da, el-classikodan sonra tərəfkeşlik kimi görsənməsin deyə ispan moderni haqqında ilk yazımı ölkənin tamam başqa regionuna həsr etmək istəyirəm.

Bu gün sizi ispan moderninin gözəl bir nümunəsi ilə, hal-hazırda ar-nuvo və ar-deko sənəti muzeyi – “Museo Casa Lis” kimi tanınan Don Migel de Lisin mülkü ilə tanış etmək istəyirəm.

Museo Casa Lis

Museo Casa Lis

Read the rest of this entry