Tag Archives: kitab mağazası

Yazı 66: Kitab mağazasına girişdə modern üslubunda vitraj

Standard

Bir dəfə Kembricdəki dükanın modern üslubunda girişinin fotosunu paylaşmışdım. Bir tək fotosuna bloq-post həsr etməyə layiq modern nümunəsi idi. Bu gün də həmin gün, həmin fotolardandır – İspaniyanın San-Sebastyan şəhərində kitab dükanının modern üslubunda bəzədilmiş vitrajlı girişi.

Advertisements

Yazı 23: “Lello” kitab mağazası

Standard

“Travnik”in ən yaxşı ənənələrində bir giriş edəcəm:

1912-ci ildə alman arxeoloqu Lüdviq Borxart el-Amarn şəhərində Tutmos adlı heykəltaraşın emalatxanasında Exnatonun həyat yoldaşı Nefertitinin unikal büstünü aşkar etmişdir. Həmin heykəlcik bu günümüzə qədər Qədim Misir mədəniyyətinin gözəllik və incəliyinin əsas simvollarından birinə çevrilmişdir.

Büstü misirşünas Lüdviq Borxartın adamları tapdığından onlar onu dərhal ölkədən çıxarıb Almaniyaya aparmışdılar. Misir gömrükçülərindən yayınmaq üçün büst əhənglənmişdir. Büstün tapılmasından sonra bu barədə öz arxeoloji gündəliyində qeydlər aparan Borxart təsvir barədə yalnız bir cümlə işlətmişdir: “Təsvir etmək mənasızdır – baxmaq lazımdır!”

Bu gün barəsində yazacağım gözəlliyi sözlərlə təsvir etmək mənasızdır – görmək lazımdır. Canlı olsa daha yaxşı, amma hələlik fotolarla kifayətlənək.

Pərvin, sənin üçün:

"Livraria Lello"nun interyeri

"Livraria Lello"nun interyeri

Read the rest of this entry