Tag Archives: kitablar

Yazı 41: Qustav Klimt`in həyat və yaradıcılığına dair bir neçə mənbə

Standard

Bildiyiniz kimi 2012-ci ildə dahi modern üslübunda işləmiş Avstriya rəssamı Qustav Klimt`in anadan olmasının 150 illiyi qeyd olunur. Onun həyat və yaradıcılığına “Hakinski-bloq”da bir neçə dəfə nəzər salmışam. Bu gün isə nəzərinizə onun həyat və yaradıcılığına dair daha geniş məlumat əldə edə biləcəyiniz bir neçə mənbəyə dair məlumat vermək istəyirəm.

* linklər üzrə keçərək daha geniş məlumat əldə edə bilərsiniz

Konstanta Nyeto Yusta – “Qustav Klimt. Ruhun rəssamı” (Константа Ньето Юста – “Густав Климт. Живописец души”)

Read the rest of this entry

Yazı 33: Esperantoda kitablar üçün ekslibrislər

Standard

Bu, çox unikal postdur mənim üçün, çünki hər 2 bloqumda paylaşacağım qısa bir yazıdır. Amma bunun dəyərliliyi çox böyükdür, 3 maraq sferamın (kitablar, Esperanto, modern) kəsişdiyi nöqtədə yerləşir. Esperanto üçün təfərrüatlı Travnik-bloq`dakı yazımdan oxuyun.

Esklibrislər kitabın üzərinə sahibi tərəfindən yapışdırılan və mülkiyyətçini bildirən kitab işarəsidir. Orta əsrlərdən gələn ən-ənə modern dövründə də dəbdə idi.

Ekslibris

Ekslibris

Read the rest of this entry

Yazı 23: “Lello” kitab mağazası

Standard

“Travnik”in ən yaxşı ənənələrində bir giriş edəcəm:

1912-ci ildə alman arxeoloqu Lüdviq Borxart el-Amarn şəhərində Tutmos adlı heykəltaraşın emalatxanasında Exnatonun həyat yoldaşı Nefertitinin unikal büstünü aşkar etmişdir. Həmin heykəlcik bu günümüzə qədər Qədim Misir mədəniyyətinin gözəllik və incəliyinin əsas simvollarından birinə çevrilmişdir.

Büstü misirşünas Lüdviq Borxartın adamları tapdığından onlar onu dərhal ölkədən çıxarıb Almaniyaya aparmışdılar. Misir gömrükçülərindən yayınmaq üçün büst əhənglənmişdir. Büstün tapılmasından sonra bu barədə öz arxeoloji gündəliyində qeydlər aparan Borxart təsvir barədə yalnız bir cümlə işlətmişdir: “Təsvir etmək mənasızdır – baxmaq lazımdır!”

Bu gün barəsində yazacağım gözəlliyi sözlərlə təsvir etmək mənasızdır – görmək lazımdır. Canlı olsa daha yaxşı, amma hələlik fotolarla kifayətlənək.

Pərvin, sənin üçün:

"Livraria Lello"nun interyeri

"Livraria Lello"nun interyeri

Read the rest of this entry