Tag Archives: memarlıq

Yazı 65: Qlazqo sərgisində rus pavilyonları

Standard

Qlazqoda ümumdünya sərgisi üçün rus pavilyonlarının ansamblını yaradandan sonra memar Frans-Albert Şextel arxitektura akademiki fəxri adına layiq görülmüşdür. Şextel özü Qlazodakı ansamblı özünün şah əsəri hesab edirdi.

“Rus üslubunda şimal tikililərinin soyuqluğu və ahəngini əks etdirməyə çalışdığım bu tikilələr mənə başqa əsərlərimdən daha əzizdirlər. Onlar mənim şüarımdırlar”.

Read the rest of this entry

Advertisements

Yazı 61: Sankt-Peterburq, Avstriyskaya meydanı. Ekletikadan modernə

Standard

Peugeot 408-in reklamında Oleq Qazmanovun dediyi kimi Rusiya böyük ölkədir. Onun bütün regionlarında heç yəgin Putin də olmayıb. Amma əmin edim ki, Moskavdan başqa hər yer elə eynidir. Tək Peterburqdan başqa. Bu şəhərin öz əhval-ruhiyyəsi var. 3 dəfə Peterburqda olmuşam və əslində Moskvanın yanında nisbətən kasıb qohum kimi görsənsə də onu daha çox sevirəm. Bu meydanda isə mən olmuşam. 2007-nin martında Peterburqda Nizaminin heykəlini axtarırdım ))

Nizaminin Sankt-Peterburqdakı heykəli qarşısında

Nizaminin Sankt-Peterburqdakı heykəli qarşısında

Read the rest of this entry

Yazı 60: Strassburq moderni

Standard

Mən Strassburqda olmasam da, məndə o daha çox orta əsr şəhəri təəssüratı yaradırdı düzü. Ona görə də Avropanın paytaxtında modern memarlığının nümunələrinə rast gəlmək düzü məni xeyli təəccübləndirdi.

Strasburqda modern üslübunda tikilmiş binalar bir rayonda yerləşirlər. Bu hal təsadüfi deyil və bir çox şəhərlərdə də müşahidə olunur, çünki XX ərsin əvvəllərində bu binalar əsasən əvvəllər daş binalar olmayan rayonlarda sıx tikilirdilər.

Strasburq moderni qalan bütün şəhər kimi həm alman, həm də fransız təsirinə məruz qalmışdır.

 Modern memarisinə aid ən məşhur bina fasaddakı freskaların görə Misir evi adlanır. Bu bina 1905-ci ildə memar Frans Şnayder tərəfindən o zaman dəbdə olan oriyentalizm ruhunda tikilmişdir.

 

Read the rest of this entry

Yazı 53. Modernin müasirləşdirilməsi

Standard

Düzü bu gün də Şerlok Holms`un macəralarının Sankt-Peterburq coğrafiyası haqqında yazıları davam etdirməyi planlaşdırırdım, amma Azadlıq Radiosu`nun saytında yayımlanmış bir video köhnə bir məsələyə yenidən qayıtmağa vadar elədi.

Vaxtilə “Travnik”də bu barədə yazmışdım, amma artıq biganəyəm, gülməyim gəlir.

Rembrandt van Reyn - "Gecə gözəti"

Rembrandt van Reyn – “Gecə gözəti”

Read the rest of this entry

Yazı 42: Viareco şəhərində ekletik italyan moderni

Standard

Çox vaxt düşünürəm ki, İtaliya`nın çox zəngin renesans (klassik) mədəniyyəti ona XIX-XX əsrldərdə yeni dəblərdə liderliyi Fransa`ya verməsinə səbəb oldu. Təsadüfi deyil ki, Fransa, Almaniya, Avstriya, Çexiya`nı, Rusiya`nı, İspaniya`nı əhatə etmiş modern İtaliya`da çox daha zəif iz qoyub.

Viareccionun bayrağı

Viareconun bayrağı

* bütün şəkillər yeni pəncərədə daha geniş ölçüdə açılır

Read the rest of this entry