Tag Archives: plakatlar

Yazı 26: Modern dövrünün plakatları

Standard

Modern dövrünün plakatları və afişaları özlərinin formalarının və rənglərinin sadəliyi, eyni zamanda incəliyi ilə fərqlənir. Digər sənət növlərində olduğu kimi burada da əsas elementlərdən biri təbii güllərdir.

Dövrün ən məşhur afişa müəlliflərindən dahi çex rəssamı Alfons Muxa olmuşdur. Onun Sara Bernarın tamaşaları üçün çəkdiyi afişalar Paris divarlarına asılan günü kolleksionerlər tərəfindən qoparılaraq sənət nümunələri kimi kolleksiyalarında saxlanılmışdılar.

Alfons Muxanın Sara Bernar üçün afişası

Alfons Muxanın Sara Bernar üçün afişası

Read the rest of this entry

Advertisements

Yazı 8: Modern üslübünda plakatlar (Rusiya)

Standard

Plakatlar – nisbətən ucuz reklam vasitəsitəsi olmaqla yanaşı ondan əldə edilə biləcək fayda onun hazırlanması xərclərincdən xeyli üstələyir. Məhz buna görə də yadda qalan, dizaynı və poliqrafiyasının keyfiyyəti ilə seçilən plakat hələ uzun müddət reklam bazarında öz aparıcı mövqelərini saxlamağa qadirdir. Reklam işində plakatlar uzun illərdir ki, istifadə olunur və onun tarixi hələ Qədim Roma və Misirdən başlasa da, onun rəsmi doğum tarixi 1482-ci il hesab olunur. Həmin ildə Bartold adlı bir kitab taciri potensial alıcıların diqqətini “Yevklid Həndəsəsinin” yeni nəşrinə cəlb etmək üçün plakatdan istifadə etmişdir. 1477-ci ildə ingilis Uilyam Kekstonun nəşriyyatında ilk çap plakatı hazırlanmışdır.

Müasir plakatın ilkin variantları kimi qraffitiqravüranı qeyd etmək olar. Qraffiti – antik evlərin divarları üzərində cızılmış və ya boya ilə yazılmış reklam xarakterli mətn və şəkillər idi. Məsələn, Pompeya şəhərində evlərdən birinin üzərində belə bir yazı bu günüməzədək qalmışdır: “Yolçu, burdan on ikinci qülləyəcən get. Orda Sarinusun şərabxanası var. Ora bir dəy. Görüşənədk!”. Qravüra, əsasında çap duran ksiloqrafiya üsulu ilə hazırlanırdı. Vahid taxta parçasından monolit çap forması hazırlanırdı, daha sonra ondan da 2000-əcən əks çap olunurdu.

Yalnız 1866-cı ildə fransız Jül Şere plakat hazırlanmasının bu gün də fəaliyyət göstərən ilk prinsiplərini müəyyən etdi: şəklin çəlbəediciliyi və mətnin qısalığı. Məhz belə təqdim edilmiş informasiya ilk nəzərdən diqqəti cəlb edilir və qəbul edilir.

Ümumiyyətlə XIX əsrin ikinci yarısı plakat sənətinin böyük inkişafı dövrüdür. Bu zaman avropa ölkələrində bir “plakatı partlayışı” baş verdi, burada da onun liderləri fransız qrafika və rəssamlıq məktəbi olmuşdur. Həmin dövrdə istehsal olunmuş reklam plakatları əsl eksklüzivdir. Bu da təsadüfi deyil, plakatların müəllifləri arasında A.Tuluz-Lotrek, T.Steynleyn və digər rəssamlar olmuşdur.

Rusiyada plakat sənəti “Gümüş əsrdə” (XIX əsrin sonu – XX əsrin əvvəli) xüsusilə gur inkişaf etmişdir. “Sənət aləmi” adlı yaradıcı ittifaqın rəsamları tərəfindən əsl incəsənət nümunələri adlandırıla biləcək modern üslubundna plakatlar hazırlanmışdır. İncə qrafika, rəng keçidləri və xətlərin möcüzəvi əyriliyi – M. Vrubel, L. Bakst, K. Somov, İ. Bilibin, Y.Lanserenin işərini məhz belə xarakterizə etmək olar.    

Şirniyyat buxar fabriki

Şirniyyat buxar fabriki. D. Kromski Ticarət evi, Xarkov, 1900-cu illər

Read the rest of this entry