Tag Archives: Portuqaliya

Yazı 56: Portuqaliya moderni

Standard

Portuqaliya`da turistlərə bi qayda olaraq ölkənin müstəmləkə imperiyası kimi qüdrətli olduğu dövrlərə aid abidələrə baxmaq təklif olunur. Lakin XIX və XX əsrlərdə Avropanın faktiki əyalət ölkəsi olmasına baxmayaraq bu gün də Portuqaliya`da portuqal moderninəar-dekoya aid abidələr görmək olar.

Lissabon. Restauradoriş meydanından “Eden” kinoteatrı (şəkillər əlavə pəncərədə daha böyük ölçüdə açılırlar)
  Read the rest of this entry

Yazı 23: “Lello” kitab mağazası

Standard

“Travnik”in ən yaxşı ənənələrində bir giriş edəcəm:

1912-ci ildə alman arxeoloqu Lüdviq Borxart el-Amarn şəhərində Tutmos adlı heykəltaraşın emalatxanasında Exnatonun həyat yoldaşı Nefertitinin unikal büstünü aşkar etmişdir. Həmin heykəlcik bu günümüzə qədər Qədim Misir mədəniyyətinin gözəllik və incəliyinin əsas simvollarından birinə çevrilmişdir.

Büstü misirşünas Lüdviq Borxartın adamları tapdığından onlar onu dərhal ölkədən çıxarıb Almaniyaya aparmışdılar. Misir gömrükçülərindən yayınmaq üçün büst əhənglənmişdir. Büstün tapılmasından sonra bu barədə öz arxeoloji gündəliyində qeydlər aparan Borxart təsvir barədə yalnız bir cümlə işlətmişdir: “Təsvir etmək mənasızdır – baxmaq lazımdır!”

Bu gün barəsində yazacağım gözəlliyi sözlərlə təsvir etmək mənasızdır – görmək lazımdır. Canlı olsa daha yaxşı, amma hələlik fotolarla kifayətlənək.

Pərvin, sənin üçün:

"Livraria Lello"nun interyeri

"Livraria Lello"nun interyeri

Read the rest of this entry