Tag Archives: Sankt-Peterburq

Yazı 61: Sankt-Peterburq, Avstriyskaya meydanı. Ekletikadan modernə

Standard

Peugeot 408-in reklamında Oleq Qazmanovun dediyi kimi Rusiya böyük ölkədir. Onun bütün regionlarında heç yəgin Putin də olmayıb. Amma əmin edim ki, Moskavdan başqa hər yer elə eynidir. Tək Peterburqdan başqa. Bu şəhərin öz əhval-ruhiyyəsi var. 3 dəfə Peterburqda olmuşam və əslində Moskvanın yanında nisbətən kasıb qohum kimi görsənsə də onu daha çox sevirəm. Bu meydanda isə mən olmuşam. 2007-nin martında Peterburqda Nizaminin heykəlini axtarırdım ))

Nizaminin Sankt-Peterburqdakı heykəli qarşısında

Nizaminin Sankt-Peterburqdakı heykəli qarşısında

Read the rest of this entry

Advertisements

Yazı 55: Holmsun izi ilə. Üçüncü hissə

Standard

Şerlok Holms haqqında sovet filmlərinin Sankt-Peterburq coğrafiyasının birinciikinci hissələrini də bloqdan oxuya bilərsiniz.

«AQRA XƏZİNƏSİ»

– Holms və Vatson miss Morsten`lə görüşə gedirlər –

Puşkinskaya küç., ev 9

Artıq bizə tanış olan Kavendiş-skver, amma bu dəfə yaşıllıq içində. Təəssüflər  olsun ki, bu ağaclar hal-hazırda yoxdurlar. Kadrda 9 nömrəli ev görünür

Read the rest of this entry

Yazı 51: Holmsun izi ilə. Birinci hissə

Standard

Yəgin əksəriyyət üçün çox gürultulu səslənir, amma SSRİ-də çəkilmiş “Şerlok Holms`un macəraları” bədii serialı dünyada ən çox ekranlaşdırılmış qəhrəmanın ən yaxşı obrazını yaratmışdır. Hətta Vasiliy Livanov bu roluna görə kraliçanın əlindən orden də almışdır.

Şerlok Holmsdoktor Vatson`un yaşadıqları və gəzdikləri yerləri görmək üçün heç də London`a getmək lazım deyil, bunun üçün bədii serialın əksər seriyalarının çəkildiyi Sankt-Peterburq`un çəkiliş məkanlarını ziyarət etmək kifayətdir.

“Lenfilm” kinostudiyası

Kamenoostrovski pr., ev 10

Məşhur xəfiyyənin mənzili və bir çox digər yerlər məhz burada çəkilmişdir.

Holms`un mənzili üçüncü pavilyonda qurulmuşdur. Burda artıq çoxdandır ki, heç nə çəkmirlər. Hal-hazırda burafa bir neçə kommersiya müəssisəsi fəaliyyət göstərir və buraya Kamenoostrovski prospekt tərəfdən daxil olmaq mümkündür.

Read the rest of this entry

Yazı 44: Helsinki dəmir yolu vağzalı

Standard

Helsinki vağzalı şəhərin lap mərkəzində yerləşir. Burada tunel filan yoxdur, qatardan birbaşa şüşə tavan altında yerləşmiş perronlara çıxırsan: hər zaman təmiz və qurudurlar, günəşli havada isə masmavi səma və küləyin qovduğu məmbəyaz buludlar görünür.

Perronlar

Perronlar

Read the rest of this entry