Tag Archives: Vyana

Yazı 6: Qustav Klimtə ilk nəzər

Standard

Qustav Klimt modern və ümumiyyətlə dünya incəsənətində özünəməxsus yer tutur. Əlbəttə ki, əksəriyyətiniz Bakıdakı “Park Inn” otelində olmusunuz – divardan asılmış Klimtdən reproduksiyalar heç kəsi biganə qoya bilməz, ən əsası isə – onun cəmi bir rəsminə baxmaq kifayətdir ki, bundan sonra Klimtin əsərlərini ilk baxışdan və hər zaman tanıya biləsiniz. Söhbət onun təkrarçı olmağından deyil, daha çox özünəməxsus və təkrarolunmaz tərzindən gedir.

Klimti əvvəllər də tanıyırdım, sevirdim, amma onun yaradıcılığına xüsusi maraq 2006-cı ilin ortalarında yarandı. 18 iyulda hərracların birində onun “I Adel Blox-Bauerin portreti” o zaman üçün rekord olan 135 milyon dollara satılmışdır.  Özü də rekord birdən birə 30 milyon artmışdır.

I Adel Blox-Bauerin portreti

"I Adel Blox-Bauerin portreti"

Read the rest of this entry

Advertisements