Tag Archives: Yaponiya

Yazı 47: Modernin müasir interpretasiyası – Odri Kavasaki

Standard

Bütün şəkillər yeni pəncərədə daha böyük ölçüdə açılır!

Yapon rəssamı Odri Kavasaki (Audrey Kawasaki) yaponəsilli ailədə Los-Anceles`də doğulmuşdur. Hal-hazırda 30 yaşı vardır. Odri yapon məktəbində təhsil almış, uşaqlıqdan manqa oxumuş, yapon TV verilişlərinə baxmış və yapon pop-musiqisini dinləmişdir. Yapon dilində sərbəst danışır. Rəssamlıq təhsilini Nyu-Yorkda Pratt institutunda almışdır. Hal-hazırda Nyu-York`da, Bruklin`də yaşayır.

Read the rest of this entry

Yazı 28: Modern incəsənətinə yapon təsiri. Ando Hirosigenin qravyuraları və Vinsent Van Qoqun rəssamlığı

Standard

Ando Hirosige (təxəllüsü; əsl adı Utaqava Hirosige`dir) – görkəmli yapon qrafiki, ukiyo-e (hərfi tərcümədə “axıb gedən aləmin rəsmləri”) cərəyanının ən böyük nümayəndəsi, rəngli ksiloqrafiyanın mütəxəssisi, yapon incəsənəti üçün yeni olan kameral, incə lirik hissləri əks etdirən peyzaj təsvirinin müəllifidir. Onun bir çox iş üsulları avropalı impressionistlərpostimpressionistlər tərəfindən mənimsənilmişdi və XX əsrin avanqardist fotosənətini qabaqlamışdır.

Hirosigenin qravyurası

Hirosigenin qravyurası

Read the rest of this entry