Tag Archives: yugendstil

Yazı 61: Sankt-Peterburq, Avstriyskaya meydanı. Ekletikadan modernə

Standard

Peugeot 408-in reklamında Oleq Qazmanovun dediyi kimi Rusiya böyük ölkədir. Onun bütün regionlarında heç yəgin Putin də olmayıb. Amma əmin edim ki, Moskavdan başqa hər yer elə eynidir. Tək Peterburqdan başqa. Bu şəhərin öz əhval-ruhiyyəsi var. 3 dəfə Peterburqda olmuşam və əslində Moskvanın yanında nisbətən kasıb qohum kimi görsənsə də onu daha çox sevirəm. Bu meydanda isə mən olmuşam. 2007-nin martında Peterburqda Nizaminin heykəlini axtarırdım ))

Nizaminin Sankt-Peterburqdakı heykəli qarşısında

Nizaminin Sankt-Peterburqdakı heykəli qarşısında

Read the rest of this entry

Yazı 60: Strassburq moderni

Standard

Mən Strassburqda olmasam da, məndə o daha çox orta əsr şəhəri təəssüratı yaradırdı düzü. Ona görə də Avropanın paytaxtında modern memarlığının nümunələrinə rast gəlmək düzü məni xeyli təəccübləndirdi.

Strasburqda modern üslübunda tikilmiş binalar bir rayonda yerləşirlər. Bu hal təsadüfi deyil və bir çox şəhərlərdə də müşahidə olunur, çünki XX ərsin əvvəllərində bu binalar əsasən əvvəllər daş binalar olmayan rayonlarda sıx tikilirdilər.

Strasburq moderni qalan bütün şəhər kimi həm alman, həm də fransız təsirinə məruz qalmışdır.

 Modern memarisinə aid ən məşhur bina fasaddakı freskaların görə Misir evi adlanır. Bu bina 1905-ci ildə memar Frans Şnayder tərəfindən o zaman dəbdə olan oriyentalizm ruhunda tikilmişdir.

 

Read the rest of this entry

Yazı 2. Modern nədir

Standard
Alfons Muxanın şəkillərindən bir cəm

Alfons Muxanın şəkillərindən bir cəm

Nəzəriyyəsi: modern nədir, tərifi, xronologiyası, cərəyanları, adları

Modern (fansızcadan, “moderne” – yeni, müasir) – XIX sonu – XX əsrin əvvəllərində incəsənətdə geniş yayılmış və əsas məzmunu rəssamların öz sənətlərini XIX əsrin ikinci yarısı incəsənətinin tarixilik və ekletizminə qarşı qoymaq meylləri olan uslubun adıdır – adı da elə burdan yaranıb.
Buna görə də “modern” anlayışını “müasir” və ya “müasir incəsənət” sözlərinin ümumi mənasından, həmçnin də XX əsr incəsənətində ən avanqardist, eksperimental və formalistik cərəyanları bildirən “modernizm” sözündən fərqləndirmək lazımdır. Read the rest of this entry