Tag Archives: Paris

Yazı 36: Öz dəyərini itirməmiş istiqraz

Standard

Alfons Muxanın müəllifi olduğu bu istiqraza internetdə təsadüfən rast gəldim. İqtisadi dəyərindən başqa onun bir sənət əsəri kimi dəyərli olduğundan 100 il sonra da bu istiqraz bir sənət əsəri kimi gözlərimizi oxşayır və nominalından xeyli baha qiymətləndirilir.

İstiqraz

İstiqraz

Bu, 500 frank nominallı 5%li istiqrazdır. İstiqraz 15 noyabr 1903-cü ildə Paris-France S.A. univermağı tərəfindən buraxılıb. Paris-France S.A. univermağının əsası 1898-cu ildə Parisdə qoyulmuşdur və 1914-cü ilə onun 30 mln franklıq nizamnamə kapitalı və 78 filialı var idi.

Yazı 27: “La Samaritaine” univermağı

Standard

Hər bir “ÇQK” oyunçusu yaxşı bilir ki, Parisin ən köhnə körpüsü “Pont neuf” (“Yeni körpü”) adlanır. Uzunnluğu 280 m, eni — 20 m olan Yeni körpü Sena çayının sağ sahilində 1-ci mahaldakı Luvr sahil küçəsi ilə (Quai du Louvre) sol sahildə 6-cı mahaldakı Konti sahil küçəsi  (Quai de Conti) və Qrand-Ogüsten (Quai des Grands Augustins) sahil küçəsini birləşdirir.

Yeni körpü və Site adası

Yeni körpü və Site adası

Read the rest of this entry

Yazı 12: Eyfel qülləsini necə alıb satdılar

Standard

Viktor Lüstiq haqda bir-iki söz

Viktor Lüstiq

Viktor Lüstiq

Bizə məlum zəngin adamların əksəriyyəti öz kapitallarını halal və gərgin əməyi nəticəsində əldə ediblər. Bir-iki söz pullarını başqalarının sadəlik və asan inaması ilə qazananlara, başqa sözlə fırıldaqçılardan danışmaq istərdik.
Belə fırıldaqçılardan biri də Viktor Lüstiq olmuşdur. Onu tarixdə olmuş ən məşhur fırıldaqçılardan biri hesab edirlər. Lüstiq 1890-cu ildə Çexiyada orta təbəqəyə aid bir ailədə doğulmuşdur. Onun avantüristik meylləri hələ uşaqlıq yaşlarında üzə çıxmışdılar. 19 yaşında ikən Viktor artıq nişanlısı olan bir qıza həddən artıq diqqət göstərdiyi üçün sifətində çapıq qazanmışdır. O, cəmiyyətin ali təbəqələrinə yaxın olmaq üçün yaxşı bilyard, poker və bric oynamağı öyrənmişdir.

Birinci dünya müharibəsinə qədər Lüstiqin “ixtisaslaşması” adətə transatlantik kruizlərdə təşkil etdiyi fırıldaqçı lotereyalar olmuşdur. 1920-ci illərdə o ABŞ-a köçərək özünü müharibə zamanı müflis olmuş avstiyalı qraf fon Lüstiq kimi təqdim etmişdir. Onun alicənab hərəkətləri, 5 dildə sərbəst danışması və özünün parlaq “karyerasının” müxtəlif illərində istifadə etdiyi 45 təxəllüsü təkcə Amerikada ona bank və fərdi şəxsləri on minlərlə dollar məbləğinə aldatmağa imkan verdi. Həmçinin uzun müddət Lüstiq Amerikada xəzinədarlığın hesablaşma sənədlərinin saxtalaşdırılması ilə məşğul olmuşdur.

Müxtəlif növ fırıldaqların keçirilməsi üçün onun fantaziyası, elə uğursuzluğu kimi qeyri məhdud idi: tək ABŞ-da onu 50 dəfə həbs etmişdilər, düzdür, hər dəfəsində sübutların çatışmamazlığı üzündən azadlığa buraxmışdırlar.

Read the rest of this entry

Yazı 11: Gözəl dövrün sonunda uşaq əyləncələri. Luna-Park, Paris, 1910-cu il

Standard

Bu şəkillər əsində çox unikaldırlar və Paris əyləncə və attraksion parkında 1910-cu ilin yay günlərinin birində çəkiliblər.

Hələ Birinci dünya müharibəsinin iyi də gəlmirdi, cəmi 10 il əvvəl bütün dünua yeni əsrin gəlişini qeyd etmişdir. Bu insanlara baxarkən bəzən düşünürsən ki, bu uşaqlar da böyüyüb, qocalıb, ölüb. Amma digər tərəfdən də hər şey elə qəmli də deyil: onlar böyüyüb və sevib, böyüyüb və ailə sahibi olublar, böyüyüb özləri də uşaq böyüdüblər.  Onların da öz uşaqları olub… və s., ta bu günümüzə qədər. Və bu köhnə fotolardakı uşaqların sifətləri ölümdən deyil, əksinə, həyatdan xəbər verir – çünki onların varisləri bu gün də sağdırlar, aramızda yaşayırlar (yəni ki, kiminsə Əhmədlidə və ya Yasamalda yaşamasına şans az olsa da, Paris bir Bakı sakini üçün Gəncədən daha yaxındır – Eynşteynsayağı: zaman məkanı əvəz edib) – odur ki, qəmin heç yeri yoxdur. Həyat onsuz da ölümdən güclüdür. İş həftəsindən sonra isə gözəl həftəsonları (heh, sabah doğrudan da şənbədir). İstirahət günləri Luna-Parka getmək olar, orda isə yellənçəklər, peşmək, kukla teatrı və buludlardan da hündürə dırmaşan seyr çarxı.

Bu fotolarda təsvir edilmişləri həqiqətdə necə olduğunu təsəvvür edin: rəngləri, şabalıdların iyini, karusellərin musiqisini, ağaclardakı yarpaqların şıxıltısı, uşaqların gülüşü… Sadəcə bir cəhd edin – əsl zaman maşınıdır.

Böyük karusel

Böyük karusel

  Read the rest of this entry